Əbu Həmid əl-Qərnati və ya Əbu Məhəmməd ibn Əbdülrəhim ibn Süleyman əl-Məzəni əl-Qəlisi əl-Qərnati əl-Əndəlusi (; ) — Əndəlüslü səyyah və coğrafiyyaçı.
Həyatı Əbu Həmid əl-Qərnati hicri 473-cü ildə (1080–1081-ci il) Qranada şəhərində anadan olmuş və ilk təhsilini də bu şəhərdə almışdı."Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi", Ankara, Türkiye Diyanet Vakfı Yayınevi, 1999, Cilt X, sayfa 128 Bu zaman şəhər Əlmoravilər İmperiyasına daxil olan Qranada əmirliyinin mərkəzi idi. Elm və təhsil almaq, müxtəlif ölkələri gəzib-görmək məqsədiylə ölkəsi Əndəlusdan şərqə üz tutan sayyahın hayatı haqqında bilinənlər onun özünün əsərlərində özü barəsində verdiyi məhdud məlumatlara söykənir. Hicri 508-ci ildə (1114–1115-ci il) Misirə gedən Əbu Həmid bir müddət sonra ölkəsinə dönmüşdü. 1117-ci ildə Siciliyaya getmək üzrə ölkəsindən ayrılmış, Sardiniya və Sicilya adalarında olmuş, oradan isə İsgəndəriyyə şəhərinə getmişdi. İsgəndəriyyədən Qahirəyə gəlmiş Əbu Həmid burada əndəluslu məşhur alim Əbu Bəkr Məhəmməd ət-Turtuşi ilə görüşmüş və dərslərinə qatılmışdı. 1122-ci ildə Dəməşq, Bəəlbək və Tədmur şəhərlərini gəzdi. 1123-cü ildə Bağdada yollandı. Burada iki Abbasi vəzirindən (Avnəddin ibn Hübeyrə əş-ŞeybaniDəqiqləşdirmə: Abbasi vəzirinin tam adı – Əbül-Müzəffər ibn Hübeyrə Avnəddin Yəhya bin (Hübeyrə bin) Məhəmməd bin Hübeyrə əş-Şeybani əd-Duri əz-Züheli əl-İraqi (miladi tarixlə d. ? dekabr/yanvar 1105/1106 – ö. 28 mart 1165; hicri tarixlə d. ? rəbiülaxır 499 – ö. 13 cəmadiyələvvəl 560) və onun oğlu) maddi və mənəvi dəstək gördü. Bir müddət sonra Bağdaddan Asiya və Şərqi Avropa istiqamətində səyahətinə davam etdi. 1130-cu ildə indiki İran ərazisindən keçərək Qafqaza, oradan da yuxarı Volqaboyu ərazilərə getdi. 1135–1136-cı illərdə buradakı Bulqar torpaqlarını və Macar hakimiyyəti altında olan Başqırd bölgəsini dolaşdı, bu torpaqlarda yaşayan müsəlmanlara dini məlumatlar öyrətdi. Geriyə, Bağdada dönmək üçün yola düşdü, istiqamətini dəyişərək dönüş yolunu Xorəzmdən saldı. Buxara və və Mərvi gəzdikdən sonra, Nişapura oradan Reyə, İsfahana və Bəsrəyə getdi. Bağdada dönmədən Həcc ziyarəti üçün Məkkəyə yollandı, bu şəhəri və Mədinəni gəzdi. Daha sonra şimala doğru Nəcd çölünü keçib cənubdan İraqa daxil oldu.
İstinadlar
Mənbə Carl Brockelmann: Geschichte der arabischen Litteratur. Erster Supplementband. Brill: Leiden 1937, S. 877–878.
Xarici keçidlər Абу Хамид ал-Гарнати әл-Гарнати́ (الغرناطۑ) Әбү Хәмид Мөхәммәт ибне Габдеррәхим әл-Андалуси – Татар энциклопедиясе. Казан, 2010. ал-Гарнати – Электронная чувашская энциклопедия. Путешествия Абу Хамида ал-Гарнати в Восточную и Центральную Европу (1131–1153 гг). М., 1971.
Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Ərəb uzunömürlülər Kateqoriya:XII əsr şəxsləri Kateqoriya:Ərəb səyyahlar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:XI əsr yazıçıları Kateqoriya:XII əsr yazıçıları Kateqoriya:XI əsr ərəbləri