() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.
Azərbaycanda yayılması Böyük Qafqazda Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Bitdiyi yer Yuxarı və orta dağ qurşaqlarında quru daşlıqayalı yamaclarda yayılmışdır.
Təbii ehtiyatı Azərbaycanda dar bir arealı vardır.
Botaniki xarakteristikası Təbiətdə kökümsovdan çıxmış 15–20 sm hündürlüyündə olan kolcuqdur. Qopartikanları xırda olub düz iynəvaridir. Yarpaqları 5–7 sm uzunluğundadır. Yarpaqları 5–7 dar, ellipsşəkilli qaidə hissəsi pazşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yarpaqcıqların kənarları mişardişlidir. Kasayarpaqları 1,5 sm uzunluğunda olur. Ləçəkləri solğun çəhrayı rəngdədir. Meyvəsi oval və ya yuru şəkillidir. Meyvəsi, adətən, çılpaq olur. Çiçəkləri tək-təkdir, bəzən 2–3, 4–4 bir yerdə yerləşmişdir. İyun və iyul aylarında çiçək açır.
Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxilməsi zəruridir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1951-ci ildə təsvir edilən bitkilər