Rüstəm Şıxlinski () — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.
Həyatı Şıxlinski Rüstəm bəy Məmməd ağa oğlu 1878-ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlmişdir. General-mayor Cavad bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar üçün kadet korpusunda, sonra isə Peterburqda Mixaylov Topçuluq Məktəbində oxumuşdur.
Kareyerası
Rusiya İmperator Ordusunda Hərbi təhsilini bitirdikdən sonra I Qafqaz Ordu Korpusunun 39-cu artilleriya briqadasında podporuçik rütbəsində xidmət etməyə başlamışdır. 1 yanvar 1909-cu ildə ştabs-kapitan olmuş, 1910-cu ildən I Qafqaz Ordu Koprpusunun atıcı-artilleriya bölməsində xidmət etməyə başlamışdır.
Birinci Dünya müharibəsində Qafqaz korpusunun artilleriya bölməsinin zabiti və tatar polkunun tərkibində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliyə görə müxtəlif medal və ordenlərlə mükafatlandırılmışdır. O, IV dərəcəli "Müqəddəs Anna", "Müqəddəs Georgi", IV dərəcəli "Müqəddəs Vladimir" ordenləri və "İgidliyə görə" medalı ilə mükafatlandırılmışdır.ВП по военному ведомству // Разведчик № 1296, 11.06.1915
Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda 1917-ci ilin sonlarında Rüstəm bəy Azərbaycana geri döndü. Qafqaza geri döndükdən sonra Qafqazdakı cəbhənin komandanı general M. A. Prejevalskinin əmri ilə formalaşdırılmış Müsəlman Korpusunda xidmət etməyə başlamışdır. Bu korpusun komandanı Əliağa Şıxlinski idi. 1918-ci ilin yayında bu korpus ləğv edildi və yenicə Anadoludan gəlmiş dəstələrlə birlikdə formalaşdırılan Qafqaz İslam Ordusuna daxil edildi. Bu zaman polkovnik-leytenant rütbəsində olan Rüstəm bəy yeni yaradılmış ağır artilleriya taborunun komandanı təyin edildi. O, bundan sonra AXC Milli Ordusunda xidmətini davam etdirdi. 1918-ci ildə Ağdamda pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açılmış, miralay (polkovnik) Rüstəm bəy Şıxlinskinin idarəsi altında topçu hissəsi təşkil edilmişdir. Rüstəm bəy II dağ-artilleriya taboruna və 5 fevral 1919-cu ildən isə əlahiddə haubitsa taborunun komandanı təyin edildi. 28 fevralda o, polkovnik rütbəsinə yüksəldildi. Azərbaycan ordusuna daxil olan hərbçiləri peşəkarlıq səviyyəsini artırmaq, yeni vətəndaşları orduya cəlb etmək üçün yaradılmış Gizirlər Məktəbinə müxtəlif zamanlarda Şirin bəy, Aleksandr Çxeidze ilə birlikdə, Rüstəm bəy Şıxlinski də rəhbərlik etmişdir. O, burada topçu hissəsini təşkil etmişir.
Apreldə AXC bolşeviklər tərəfindən işğal edildi. 1920-ci ildə Gəncədəki may üsyanının fəal təşkilatçılarından olmuş və həmin il bolşeviklər tərəfindən güllələnmişdir.
Ailəsi General Əliağa Şıxlinskinin qardaşı oğludur. Cavad bəy Şıxlinskinin qardaşıdır.
Həmçinin bax Şirin bəy Kəsəmənli
İstinadlar
Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Şıxlinskilər Kateqoriya:Nargin adasında güllələnənlər Kateqoriya:Gəncə üsyanının iştirakçıları