() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır.

Azərbaycanda yayılması Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır.

Statusu Azərbaycanın nadir bitki növüdür. LC.

Bitdiyi yer Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üçtdən yaşıl, altdan keçətüklü, ucdan tərs yumurtavarı, qidəsi ürəkvarı, ucu şiş, uzun, yanındakılar qısa saplaqlı, enli, tərs yumurtavarıdır. Çiçək qrupu uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı sivri uclu, meyvə vaxtı içəriyə yapışmışdır. Ləçəkləri iri və ağdır. Meyvəsi qara, enli, yumurtavari, 2-2,5 sm diametrindədir. Kasayarpaqları meyvələrində yapışıq, bəzən aşağıya əyilmişdir. Ləçəkləri iri, kənara əyilmişdir. Erkəkcikləri sütuncuqların uzunluğuna çatır. Yumurtalığı tükcüklüdür. Mayda çiçəkləyir, iyulda isə meyvə verir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Böyürtkən