Hermiya və Lisandr () — Britaniyalı illüstrator və miniatür portret rəssamı Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş rəsmdir. Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır. Uzunluğu 89 santimetr, eni 74 santimetrdir.
IX əsrdə "Yay gecəsində yuxu"nun səhnələrinə əsaslananlar daxil olmaqla pərilərin rəsmlərinin bir çoxunun artan populyarlığı var idi və Simmons bu janrda bir neçə əsərlər yaratmışdı. Kraliça Viktoriya dövrü incəsənəti üzrə ekspert Xristofer Vuda görə Simmonsun pəri rəsmlərinə daxil olan detallar "təəccübləndirici bir dəqiqliklə icra edilmişdir"Wood (2008), p. 124 və şüşə səthində çəkilmiş təəssüratı verir. Simmonsun pəri təsvirlərinin çoxu çılpaq dişilərdir və Vud onları "Kraliça Viktoriya dövrünün dovşan qızları" hesab edir.Wood (2008), p. 126
Quaş istifadə edilən akvarel texnikası ilə çəkilmiş rəsm Hermiyanı sevgilisi Lisandr ilə itdikləri tilsimlənmiş meşədə göstərir. Cütlük pərilər tərəfindən əhatə edilib; bəziləri öz zərif qanadlarını istifadə edərək uçarkən təsvir edilmişdir, başqaları isə siçanlara bağlanmış arabalarda gedir. Cütlük yorğun və yollarını itirmişdir, onlar ətrafdakı heyvan və pəri kütləsindən xəbərsizdir. Lisandr oturub və bir əli ilə Hermiyanın barmaqlarına toxunarkən digər əli ilə də yumşaq meşə torfunu yoxlayır. Bu, "Yay gecəsində yuxu"nun nağılında onun qıza bunları deyərək dəvət etdiyi yerdir:
Rəsm 2012-ci ilin mayında Nyu-Yorkda Sotbis tərəfindən auksiona çıxarılanda 42470 funt-sterlinq satış qiyməti əldə etdi və bu, Con Simmons tərəfindən edilən rəsmlər üçün rekord qiymət idi. Rəsm 19 iyun 1984-cü ildə Sotbis tərəfindən Londonda və 10 il sonra - 25 may 1994-cü ildə Nyu-Yorkda auksiona çıxarılmışdı və burda o, səhvən Culius Simmonsa aid rəsm kimi göstərilmişdi.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1870-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Birləşmiş Krallıq təsviri incəsənəti Kateqoriya:Vilyam Şekspirin əsərlərinə əsaslanan rəsmlər