Tamilla Xudadat qızı Şirəliyeva () — Azərbaycanın "Şöhrət" ordenli balet ustası, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri.

Həyatı Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L. Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərib.

Tamilla Şirəliyeva uzun müddət şəkərli diabetdən əziyyət çəkmiş və böyrəklərində yaranmış problem səbəbi ilə əməliyyat olunmuşdur. O, 12 mart 2025-ci ildə beyninə qan sızması nəticəsində vəfat edib və "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Mükafatları Azərbaycan SSR əməkdar artist — 21 may 1970Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR xalq artisti — 10 yanvar 1978Respublikanın teatr xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Sove Rəyasət Heyətinin 10 yanvar 1978-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Şöhrət" ordeni ilə təltif edilmişdir — 7 dekabr 2006-cı il

Quruluş verdiyi baletlər Xeyir və Şər (1992) Xəzər balladası (balet) — 2001-ci il II redaksiyada Qafqaza səyahət (2002) Rast (2004)

Filmoqrafiya Muğam (film, 1976)

İstinadlar

Kateqoriya:Rəqqasələr Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Bakı Xoreoqrafiya Akademiyasının məzunları Kateqoriya:Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:Beyin qansızmasından ölənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Azərbaycan balerinaları