Con Ellis Ceb Buş (; ) — ABŞ siyasətçisi, respublikaçı, Florida ştatınınnın 1999–2007-ci illər ərzində iki müddətə 43-cü qubernatoru. ABŞ-nin 41-ci prezidenti Corc Buşun və Barbara Buşun oğlu, ABŞ-nin 43-cü prezidenti Corc Uoker Buşun balaca qardaşı.

Ceb BUş Texas ştatının Hyuston şəhərində böyüyüb. Ostində Texas Universitetiini Latın Amerikası məsələləri ixtisası üzrə bitirib. Ali məktəbi bitirdikdən sonra atası ölkənin vitse-prezidenti seçildikdən sonra 1980-ci ildə Floridaya köçür. 1986-cı ildə ştatın ticarət məsələləri üzrə katibi təyin edilir. 1988-ci ildə atasının prezident seçkiləri kampaniyasında iştirak etmək üçün istefa verir.

1994-cü ildə Ceb Buş Florida ştatının qubernator seçkilərində iştirak etsə də iki fazi səs fərqi ilə Loyton Cilesə uduzur. 1998-ci ildə vitse-qubernator Иaddi Makkey ilə seçkilərdə 55 faiz səslə qalib gəlir, 2002-ci ildə 56 faiz səslə ikinci müddətə qubernator seçilir. Bu vəzifədə C. Buş ştatda ətraf mühitin yaxşılaşmasına və təhsil sisteminin islahatına nail olur. O həmçinin Floridada yüksək sürətli dəmir yol xəttinin çəəkilişinin qarşısını alır.

2014-cü ildə Ceb Buşun adı 2016-cı ildə prezident seçkilərində mümkün namizəd kimi hallalnırdıDavis, Lanny. "Two reasons why Democrats should fear a Jeb Bush 2016 presidential run ." FoxNews.com. 2014–06–20. Retrieved 2014–11–09.Blumenthal, Paul. "George W. Bush Says Jeb Bush 2016 Presidential Run Is 'A Toss-Up' ." The Huffington Post. 2014–11–09. Retrieved 2014–11–09.Thomas, Ken. "George P. Bush Says Father Jeb 'Still Assessing' Presidential Bid ." Associated Press (via The Huffington Post). 2014–10–26. Retrieved 2014–11–09.Robertson, Gary D. "Jeb Bush stumping for Republicans, weighing run for president ." Associated Press (via Portland Press-Herald). 2014–09–24. Retrieved 2014–11–09.. 16 dekabr 2014-cü ildə C. Buş seçkilərdə iştirak edəcəyi barədə bəyanat verdi.

Mənbə http://www.museumoffloridahistory.com/resources/collections/governors/about.cfm?id=50

İstinadlar

Kateqoriya:ABŞ prezidentlərinin övladları Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (2016) Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar