Gecə yarısı qətl — İsa Nəcəfovun Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətlinə və 1994–1995-ci il hadisələrinə həsr olunmuş povesti.
Kitabın təqdimat mərasimi 2002-ci il iyulun 9-da "Gülüstan" sarayında keçirilmişdir.
Mövzusu Sənədli faktlar əsasında siyasi detektiv janrında yazılmış kitab iki görkəmli dövlət xadiminin – respublika Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsindən, habelə DİN-in xüsusi təyinatlı polis dəstəsinin Baş Prokurorluğa basqınından, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martındakı dövlət çevrilişi cəhdlərindən bəhs edir.
İstinadlar
Həmçinin bax Bir anın həqiqəti (film, 2003)
Xarici keçidlər
Kateqoriya:2002-ci ilin kitabları