Böyük saat — Türkiyədəki ən uzun saat qülləsi; uzunluğu 32 metrdir. Adana şəhərində yerləşir.
Tarixi
1879-cu ildə dövrün Adana valisi Ziya Paşa tərəfindən bugünkü adıyla Ali Ulu prospektində tikintisinə başlanıb. Ziya Paşa 1880-ci ildə vəfat etdiyinə görə bu mühüm əsəri tamamlamaq bu şəhərin ən çalışqan və xeyriyyəçi şəxsi olan Vali Abidin Paşaya nəsib oldu. Adana Böyük saat qülləsi 1882-ci ildə tamamlanıb istifadəyə açıldı. Və o gündən bu yana şəhərin ən mühüm strukturlarından biri hesab edilir.
Mənbələr saat qülləsinin inşasına dövrün Adana bələdiyyə rəisi Hacı Yunis Ağanın da çox ciddi töhfələri olduğunu yazır. Ətraf divarları kərpicdən hörülən, kvadrat prizma kimi inşa edilən və hündürlüyü 32 metr olan Adana Böyük saat qülləsinin əsas dərinliyinin də bir o qədər olduğu deyilir.
Xarici keçidlər
Kateqoriya:Türkiyədəki saat qüllələri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:1881-ci ildə yarananlar Kateqoriya:Adana