Müqəddəs Pavel kafedralı () – Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən Anqlikan kafedralı və London yepiskopunun iqamətgahı. Kafedral, London yepiskopluğuna tabe olan bütün kilsələrin ana kilsəsi kimi fəaliyyət göstərir. London şəhərinin ən yüksək nöqtəsi olan Ladqeyt-Hilldə inşa edilmiş kilsə, I dərəcəli vacibliyə malik abidə kimi İngiltərənin qeydiyyata alınmış tarixi abidələri siyahısına salınmışdır. Hazırkı kafedralın yerində b.e. 604-cü ilində inşa edilmiş kilsə kimi, kafedral da Həvari Pavelə ithaf edilmişdir. XVIII əsrin sonlarına aid olan hazırkı kilsə binası, İngilis barokkosu üslubunda Ser Kristofer Ren tərəfindən dizayn edilmişdir. Renin sağlığında tamamlanmış kilsə inşası, Böyük London yanğınından sonra, şəhərin bərpa layihəsinin bir hissəsi olmuşdur. Ərazidə olmuş və Böyük Yanğın zamanı böyük bir hissəsi dağılmış qotik üslublu Köhnə Müqəddəs Pavel kafedralı, orta əsrlər və erkən modern London həyatında böyük rol oynamışdır.

Kafedral Londonun ən məşhur və ikonik görməli yerlərindən biridir. Renin şəhər kilsələrinin qüllələri ilə əhatə olunmuş kafedral günbəzi 300 ildən artıqdır ki, London skaylaynında dominant yer tutur. 111 metr gündürlüyə malik kafedral, 1710-1963-cü illər arasında şəhərin ən hündür tikilisi olaraq qalmışdır. Müqəddəs Pavel kafedralının günbəzi, hələ də dünyanın ən böyük günbəzlərindən biridir. Liverpul kafedralından sonra Birləşmiş Krallıq ərazisindəki ikinci ən böyük kilsə binasıdır.

Müqəddəs Pavel kafedralında həyata keçirilmiş mərasimlər arasında Admiral Lord Nelson, Vellinqton qrafı Artur Uelsli, Uinston Çörçil və Marqaret Tetçerin dəfni, Kraliça Viktoriyanın yubileyi, Birinci və İkinci Dünya müharibəsinin sülh dua mərasimləri, şahzadə Çarlz və Ledi Diana Spenserin nigahı, Britaniya Festivalının açılışı, Kraliça II Elizabetin Gümüş, Qızıl, Brilyant və Platin yubileyləri, 80 və 90-cı doğum günü mərasimləri daxildir. Müxtəlif dövrlərdə Müqəddəs Pavel kafedralı fərqli təbliğat materiallarının əsas subyektinə çevrilmiş, Blitz zamanı kafedralın günbəzi tüstü və alov içində təsvir edilmişdir.

Hazırda, Müqəddəs Pavel kafedralı saat və günlük ibadət mərasimləri olan kilsə kimi fəaliyyət göstərir. İbadətçilər üçün kafedrala giriş ödənişsiz olsa da, turistlər üçün giriş biletinin qiyməti 23 funt-sterlinqdir. Kafedrala ən yaxın metro stansiyası 120 metr aralıda yerləşən Müqəddəs Pavel stansiyasıdır.

Tarixi Kafedraldan əvvəl Londiniumun ilkin kafedralının yeri bəlli olmasa da, əfsanə və orta əsrlər ənənəsi kafedralın Kornhilldəki Müqəddəs Pyotr kilsəsi olduğunu göstərir. Müqəddəs Pavel bir kafedral üçün qeyri-adi atribusiyadır və Qədim Roma dövründə şəhərdə başqa bir kafedralın da olduğunu düşünməyə əsas verir. Müqəddəs Lusius haqqında əfsanə isə, Kornhilldəki Müqəddəs Pyotr kilsəsini Londiniumun xristian cəmiyyəti ilə əlaqələndirir. Kilsə qədim Londiniumun ən yüksək nöqtəsində yerləşir və əfsanələrdəki dəyərinə görə, orta əsr prosessiyalarında bu kilsəyə daha çox üstünlük verilirdi. Lakin, həmin kilsə ilə bağlı başqa bir tutarlı sübut yoxdur, Foruma görə kilsənin yerləşdiyi ərazi isə, əfsanələrin həqiqiliyini şübhə altına salır. 1995-ci ildə arxeoloji qazıntılar zamanı Tauer-Hilldə V əsrə aid Qədim Roma baziliksı aşkara çıxarılmış və onun kafedral olduğu ehtimalı irəli sürülmüşdür.

Elizabetan dövrü ingilis tarixçi və arxeoloqu Uilyam Kamden qeyd edir ki, orta əsrlər Müqəddəs Pavel kafedralının yerləşdiyi ərazidə, Qədim Roma dövründə ilahnə Dianaya həsr edilmiş məbəd olmuşdur. Kristofer Ren bildirir ki, Böyük Yanğından sonra, yeni kafedralın inşası zamanı ərazidə Diana məbədinin mövcudluğuna dair heç bir iz aşkara çıxmamışdır, buna görə də, Kamdenin nəzəriyyəsi müasir arxeoloqlar tərəfindən qəbul edilmir.

Normanlardan əvvəlki kafedrallar 220px|thumb|left|Müqəddəs Erkonvald rahiblərə yol göstərir. Kafedraldakı Müqəddəs Erkonvald ziyarətgahı Vestminister abbatlığındakı Müqəddəs Eduard ziyarətgahı ilə rəqabətdə idi və buna görə də, ser Rouland Hillin London meri olduğu dövrdə Müqəddəs Erkinvaldın relikviyaları kafedraldan götürülmüşdür. Qədim Roma dövründə Londonda xristianlığın olması haqqında məlumat olsa da, kilsə və ya kafedralın yeri ilə bağlı inandırıcı bir dəlil yoxdur. İnanca görə, 314-cü ildə çağırılmış Arl kilsə məclisində Londondan iki nümayəndə də iştirak etmişdir. Joslen Ferness tərəfindən XII əsrdə yazılmış London arxiyepiskopları siyahısına görə, Londonda xristian icmasının əsası II əsrdə əfsanəvi kral Lusiusun hakimiyyəti dövründə müqəddəs missionerlər Fuqatiy, Deruvian, Elvanus və Medvinin iştirakı ilə qoyulmuşdur. Müasir tarixçilər bu məlumatlardan heç birini etibarlı hesab etmirlər və mənbənin dövrümüzə çatmış mətni də problemli hesab olunur, lakin, 314-cü ildə çağırılmış Arl kilsə məclisində iştirak etmiş yepiksoplar Restitut və Adelfiy, ehtimal ki, Londiniumu təmsil etmişlər.

Tarixçi-rahib Möhtərəm Beda yazır ki, 604-cü ildə Kenterberili Avqustin, Mellitə Şərqi saksların anqlo-sakson krallığı və onların kralı Sebertin ilk yepiskopu kimi xeyir-dua vermişdir.

Sebertin dayısı və hökmdarı olan Kent kralı Etelbert yeni yepiskopun iqamətgahı olması üçün Londonda müqəddəs Pavelə ithaf olunmuş kilsə inşa etdirmişdi. Tutarlı sübut olmasa da, ehtimal edilir ki, bu ilk anqlo-sakson kafedralı sonradan orta əsr və müasir Müqəddəs Pavel kafedralının inşa edildiyi ərazidə yerləşmişdir.

Təxminən 616-cı ildə Sebertin ölümündən sonra, onun hakimiyyətə gəlmiş paqan dinlərə inanan oğlanları Melliti Londondan qovurlar və şərqi sakslar yenidən paqan inanclara qayıdırlar. İlk kafedral kilsəsinin taleyi isə məlum deyil. Şərqi sakslar arasında xristian inancına qayıdış VII əsrin sonlarında baş verir və ehtimal olunur ki, anqlo-sakson kafedralı ya bərpa edilmiş, ya da adları bəlli olan Sedd, Vayn və Erkonvald kimi yepiskopların iqamətgahı kimi yenidən inşa olunmuşdur. Y

episkop Erkonvald 693-cü ildə kafedral ərazisində dəfn edilmişdir. Həmin kilsə binası 962-ci ildə yanğın zamanı məhv olmuş, lakin, elə həmin ildəcə onun yerində yeni kilsə binası inşa edilmişdir.

1016-cı ildə vəfat etmiş İngiltərə kralı II Etelred Qərarsız Müqəddəs Pavel kafedralında dəfn edilsə də, hazırda onun məzarı itirilmiş hesab olunur. Anqlosaks salnaməsində verilən məlumata görə, 1087-ci ilin London yanğını zamanı şəhərin əsas hissəsi ilə birlikdə kafedral da yanmışdır.

Köhnə Müqəddəs Pavel kafedralı 300px|thumb|right|Köhnə Müqəddəs Pavel kafedralının 1561-ci ildə qülləsi dağılmamışdan əvvəlki görünüşünün Frensis Bond tərəfindən 1913-cü ildə bərpası.

Əksər hallarda “Köhnə Müqəddəs Pavel kafedralı” adlandırılan dördüncü Müqəddəs Pavel kafedralı 1087-ci ilin yanğınından sonra"The City Churches" Tabor, M. p107:London; The Swarthmore Press Ltd; 1917 normanlar tərəfindən inşa edilmişdir. 1135-ci ildə baş vermiş növbəti yanğın inşaat işlərinin bir müddət dayandırılmasına səbəb olmuş və yeni kafedral yalnız 1240-cı ildə ithaf edilmişdir. İnşaat zamanı Roman üslubu Qotik üslubla əvəzlənmiş və bu özünü oxvari tağlarda, yuxarı hissələrin iri pəncərələrində və binanın şərq qurtaracağının memarlığında öz əksini tapmışdır. York kafedralında olduğu kimi, Müqəddəs Pavel kafedralının qabırğavari tağtavanı da daşdan yox, taxtadan inşa edilmişdir ki, bu da tikilinin sonrakı taleyinə təsir etmişdir.

1256-cı ildə kafedralın genişləndirilməsi üçün işlərə başlanılır. 1300-ü ildə tikinti işlərinə xeyir-dua verilsə də, inşaat yalnız 1314-cü ildə tamamlanmışdır. Son orta əsrlər dövründə Müqəddəs Pavel kafedralı uzunluğuna görə yalnız Klüni abbatlığının kilsəsindən, qülləsinin hündürlüyünə görə isə yalnız Linkoln kafedralı və Ştralzunddakı Müqəddəs Mariya kilsəsinin qülləsindən geri qalırdı. 1878-ci ildə Frensis Penrouz tərəfindən aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir ki, binanın uzunluğu 178 metr (585 fut), eni 30 metr (100 fut), transept və transept meydanının ölçüsü isə 88 metr (290 fut) olmuşdur. Kafedral qülləsinin hündürlüyü 149 metr (489 fut) olmuşdur.Clifton-Taylor, 275.

XVI əsrin əvvəllərində bina tədricən dağılmağa başlayır. VIII Henri və VI Eduardın hakimiyyəti dövründə həyata keçirilmiş İngilis Reformasiyası zamanı kilsənin daxili dekorları, kapella və ziyarətgahları dağıdılmışdır. 1538-ci ildə ehtimal ki, kafedraldakı ziyarətgahdan götürülmüş Müqəddəs Erkenvaldın təsviri kral zinət əşyaları ustadına gətirilmişdir. Digər müqəddəslərin təsvirləri, ehtimal ki, bir müddət daha kafedralda qalmışdır. Kral VI Eduardın hakimiyyəti dövründə daha sistemli şəkildə ikonalarla mübarizə həyata keçirilir; “Boz Monaxın Xronikası” adlı mənbədə verilən məlumata görə, 1547-ci ilin noyabrında kilsələrdəki xaçlar və digər təsvirlər məhv edilmiş, 1552-ci ilin oktyabrında isə “bütün tanrı kilsələrindəki altarlar və kapellalar” () dağıdılmışdır. 1561-ci ildə güclü şimşək zərbəsi Müqəddəs Pavel kilsəsinin qülləsini dağıtmış, Roma-Katolik kilsəsi isə bu təbiət hadisəsini Rəbbin ilahi məhkəməsinin İngiltərə protestant hökmdarlarına qınağı kimi təqdim etmişdir. Bundan sonra, yepiskop Ceyms Pilkinqton çıxış edərək şimşək zərbəsinin binanın hörmətsiz istifadəyə cəza olaraq göndərildiyini demişdir. Kafedrala dəymiş zərərin aradan qaldırılması üçün din xadimləri və London əhalisi tərəfindən təcili addımlar atılmağa başlanmış, ianə toplanışı elan edilmişdir. Lakin, iqtisadi depressiyadan sonra dirçəlməyə çalışan ölkə və şəhər iqtisadiyyatı üçün təmir xərcləri həddən artıq böyük idi. Buna görə toplanmış məbləğlə kilsənin damının təmir edilməsi qərara alınır.

1630-cu illərdə ilk klassik ingilis memarı olan İniqo Cons binaya qərb fasadı inşa edir. 1642-1652-ci illərin İngiltərə Burjua İnqlabı zamanı kilsə parlament qüvvələri tərəfindən qəddar münasibətlə üzləşir, qədim sənədlər və qanun əlyazmaları isə dağıdılır və məhv edilir. İngiltərə Respublikası dövründə dağıdılmış və zərər görmüş binalar - lord-protektorun şəhər sarayı olan Somerset-Haus kimi mülki tikililər, eyni zamanda kilsə və qəbirsanlıqların bərpa edilməsi üçün dövlət tərəfindən inşaat materialları təmin edilir. Bu dövrdə insanlar, açıq səma altında vəzin həyata keçirildiyi, şimal-şərqi kilsə həyətinə - Müqəddəs Pavel xaçı adlandırılan yerə toplaşırlar.Benham, 67–68.

1666-cı ilin Böyük London yanğını zamanı köhnə Müqəddəs Pavel kafedralı tamamilə məhv olur."The Survey of Building Sites in London after the Great Fire of 1666" Mills, P/ Oliver, J Vol I p59: Guildhall Library MS. 84 reproduced in facsimile, London, London Topographical Society, 1946 Kilsəni bərpa etmək mümkün olsa da, dövlət tərəfindən onun yerində müasir üslubda yeni kafedralın inşa edilməsi qərarı alınır. Yanğından əvvəl də kafedralın yenilənməsi və ya yerində yeni binanın inşası məsələsi aktiv müzakirə edilirdi.

Müasir Müqəddəs Pavel kafedralı 270px|thumb|left|Müqəddəs Pavel kafedralı 1896-cı ildə 30 iyul 1669-cu ildə yeni kafedral binası üçün layihənin hazırlanması işi rəsmi olaraq ser Kristofer Renə həvalə edilmişdir. Daha əvvəl Renə yanğın zamanı itirilmiş digər şəhər kilsələrinin bərpa işi də həvalə edilmişdi. Belə ki, o, şəhərdə 50-dən çox kilsənin memarıdır. Müqəddəs Pavel kafedrasının layihələndirilməsi ilə paralel olaraq, memarlığa həsr olunmuş beş traktatının nəşri ilə də məşğul olmuşdur.

1666-cı ildə yanğının baş verməsindən beş il əvvəl – 1661-ci ildən etibarən Kristofer Ren, Köhnə Müqəddəs Pavel kafedralının yenidən qurulması ilə bağlı müzakirələrə başlamışdı. Ehtimal edilən təmir işləri, əsasən, 1630-cu ildə İniqo Cons tərəfindən inşa edilmiş klassik fasadın tamamlanması üçün interyer və eksteryerin yenilənməsindən ibarət olmalı idi. Ren, yarımdağılmış vəziyyətdə olan qülləni günbəzlə əvəz etməyi, bunun üçün isə mövcud konstruksiyanı inşaat pilləkəni kimi istifadə etməyi planlaşdırırdı. Onun təqdim etdiyi çertyojlarda günbəzin nef və yanlardakı keçidləri əhatə etdiyi görünür. Yanğından sonra, köhnə kafedralın strukturunun böyük bir hissəsinin saxlanması mümkün hesab edilsə də, 1670-ci illərdə köhnə tikilinin bütün qalıqlarının sökülməsi işi həyata keçirilir.