Midhəd Qəfərov () — hüquq elmləri doktoru, professor.
Həyatı Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir.
Elmi yaradıcılığı Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur.
Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.
Əsas əsərləri Hüquq-mühafizə orqanları. Bakı, 2010 (Hikmət Eyvazovla müştərək) İbtidai istintaqda müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi Azərbaycan Respublikasinin Cinayət prosesində şəxsiyyətin hüquqlarinin təmin edilməsi . monoqrafiya Azərbaycan Respublikasinin Cinayət prosesində şəxsiyyətin hüquqi vəziyyəti və onun təminatı problemləri monoqrafiya Azərbaycan Respublikasinin hüquq mühafizə orqanlari dərslik Azərbaycan Respublikasinin hüququ mühafizə orqanlari dərs vəsaiti Yuvenal Ədliyyə. Yetkinlik yaşina catmayanlar tərəfindən törədilən cinayət işləri üzrə ədalət mühakiməsi icraati.dərslik Yuvenal ədliyyə yetkinlik yaşina catmayanlarin ədalət mühakiməsi dərs vəsaiti
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Salyan rayonunda doğulanlar