Mətanət Əhəd qızı Abdurrəhmanova — SSRİ Ali Sovetinin deputatı.
Həyatı 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozda pambıqçı işləyib. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.
III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunub. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.
İstinadlar
Kateqoriya:Zərdab rayonunda doğulanlar Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları