Hiromu Arakava (; əsl adı - Hiromi Arakava ) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır.
Həyatı Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.
Arakava Tokioya 1999-cu ildə köçüb, orada Mahōjin Guru Guru manqanın müəllifi olan Hiroyuki Etonun assistenti kimi manqa sənayedə karyeranı başladı. Onun özünün karyerası 1999-cu ildə Monthly Shōnen Gangan jurnalında Stray Dog manqasının çapından başlayıb. Stray Dog 21-ci əsrin Shōnen Gangan 9-cu mükafatı aldı. 2000-ci ildə o, Shanghai Yōmakikai manqasının bir fəsili Monthly Shōnen Gangan jurnalında nəşr etdi. 2001-ci ilin iyulda həmin jurnalda Arakavanın Fullmetal Alchemist manqasının birinci fəsili nəşr olunub. Serial 108 fəsilə uzandı, sonuncu fəsili 2010-cu ilin iyulda çıxdı. Sonra onu iyirmi yeddi cildə yığdılar. Bones studiyası bu manqasının anime adaptasiyanı çəkəndə, Arakava onlara inkişafı ilə kömək edirdi. Lakin sonra, o studiyaya məzmun ilə öz başına işləməyə verdi ki, manqa ilə animenin fərqli sonluqlar olsun. Özü isə manqanı inkişaf etməyə davam etdi. 2004-cü ildə bu manqa serialı şonen kateqoriyasında 49-cu Shogakukan Manga mükafatı aldı. İkinci anime adaptasiyasın sonu yaxınlaşanda Arakava onun rejissora, Yasuhiro İrieyə manqanın sonu haqqında planlarını göstərdi. Sonların ikisi də bir birinə yaxın tarixlərdə çıxdılar.
2007-ci ildə o, hamiləliyə görə məzuniyyəti almayaraq oğlunu dünyaya gətirdi. 2014-cü ilin fevralın 12-də çıxan intervyusunda Arakava qeyd etdi ki, onun üçüncü uşağı bir neçə gün əvvəl dünyaya gəlmiş. Bundan başqa o, öz şəxsi həyatının məsələləri gizli saxlamağa qərar verdi.
O, indi Tokioda yaşayır və orada daha üç layihə yaradıb: Raiden 18, Sōten no Kōmori (Bat in Blue Sky), və Qəhrəman Əhvalatları. Qəhrəman Əhvalatları manqası Arakava ilə Studio Flag tərəfindən Huan Cin Jou ləqəbin altında yaradılmışdır. Bu serialın anime adaptasiyada isə Arakava personajlar dizaynları üçün məsul idi. Həmiçinin o, Sara Brennanın Demon leksikası romanın yapon tərcüməsi üçün üz qapağı çizdi.
2011-ci ilin aprelində Arakavanın Gümüş qaşığ adlı serialı Shogakukan nəşriyyatın Weekly Shōnen Sunday jurnalında çap olunmağa başlad. Fullmetal Alchemist kimi daha bir fentezi yazmağa əvəzinə Arakava Gümüş qaşığ manqasını daha realistik yazmağı ilə özünə əzab verməyə qərar verib. Gümüş qaşığ Shogakukan nəşriyyatın bestsellerlərin arasında tez böyüdü. A-1 Pictures studiyası yaratdığı bu manqasının əsasında anime serialı 2013-cü ilin iyulda efirə çıxmağa başladı. 2013-cü ilin iyulda o, Yoşiki Tanakanın Arslanın qəhrəman əfsanələri romanın manqa adaptasiyanı yazmağa başladı. Bu manqa Kodansha nəşriyyətin Bessatsu Shōnen Magazine jurnalında seriallaşır.
Layihələri Stray Dog (1999) (2000) (2001–2010) Raiden 18 (2005) (2006) (2006–2010)"Jushin Enbu". Newtype USA 6 (12) 11. December 2007. . (2006) (2011–) (2013–) (2021–)
Mükafatları və nəmizədləri 1999: Stray Dog üçün 21-ci Century Enix mükafatı 2003: Fullmetal Alchemist üçün şonen kateqoriyada 49-cu Shogakukan Manga mükafatı 2011: Yeni rəssam kateqoriyada 15-ci Tezuka Osamu mədəni mükafatı 2011: Fullmetal Alchemist üçün "Ən yaxşı elmi fantastik komiks" 42-ci Seiun mükafatı 2012: Silver Spoon üçün 5-ci Manga Taishō mükafatı 2012: Silver Spoon üçün şonen kateqoriyada 58-ci Shogakukan Manga Award
İstinadlar
Xarici keçidlər Hiromu Arakava Anime News Network saytın ensiklopediyasında
Həmçinin bax
Kateqoriya:Hiromu Arakava Kateqoriya:Fullmetal Alchemist Kateqoriya:Hokkaydo prefekturasının manqakaları Kateqoriya:Qadın manqakalar