Məkrli () — 2010-cu ildə rejissor Ceyms Van tərəfindən çəkilmiş ABŞ istehsalı olan qorxu filmi.
Süjet
Reney və Caş üç uşaqları ilə birgə yeni evə köçürlər. Bir müddət sonra onların oğlu Dalton özbaşına açılan və səslər eşitdiyi çardağın qırmızı rəngli qapısının şəklini çəkir. Çox qəribə səslər eşitməyə başlayır. Bir gün isə həkimlərin başa düşmədiyi komaya düşür. Bütün bədən funksiyalarının normal işləməsinə baxmayaraq oyana bilmir.
Üç ay xəstəxanada qaldıqdan sonra ailəsi onu evə aparmaq məcburiyətində qalır. Məhz bu vaxtdan sonra Reney səslər eşitməyə və qarabasmalar görməyə başlayır. Bir gecə Reney uşaq monitorunda yeni doğumuş körpəsi Kalinin otağında səslər eşidir, halbuki otaqda heç kim yoxdur. Birdən bir varlıq görən Reney qışqıraraq Caşı çağırır. Lakın o atağa daxıl olanda həmin varlıq yoxa çıxır. Daha sonra Reney Daltonun yatağında qan izləri tapır. Caşa bu barədə soruşduqda isə ona inanmır. Növbəti gecə evdə anormal hadisələr baş verir. Uşağın otağında səslərdən sonra evin bütün qapıları açılır və siqnalizasiya sistemləri işə düşür. Hər şey bir anda baş verir. Reney Caşı yeni evə köçməyə razı salır və onlar köçürlər.
Yeni evdə də hadislələr bitmir. Səhər vaxtı Reney evdə rəqs edən balaca oğlan görür. Caşın anası Lorrain görmüş olduğu yuxu barədə onlara danışır. Yuxusunda Daltonu görən Lorrain daha sonra bir kölgəni gördüyünü deyir. Nə istədiyini soruşanda isə kölgənin Daltonu göstərdiyini onlara deyir. Elə bu vaxt qırmızı bir bədheybəti Caşın arxasında görən Lorrain qışqıraraq qorxur. Bu vaxt isə Daltonun otağından sanki dava-dalaş səsləri gəlir. Otağa daxıl olduqdan sonra isə otağın tamamilə dağıldığını və Daltonun yerə yıxıldığını görürlər.
Lorrain evə anormal hadisələr haqqında bilən Elis Reiner və köməkçiləri Speks və Tukeri çağırır. Elis evi gəzərkən Daltonun otağında onun çəkdiyi rəsimləri görür. Xüsusilədə qırmızı üzlü həmin bədhehbəti hansıkı Lorraində görmüşdü.
Elis hər şeyi onlara başa salır. Daltonun komada olmadığını və astral səyahəti zamanı ruhunun bədənindən çox uzaqlaşdığını deyir. Ruhunun "Digər Dünya" adlı yerdə ilişib qaldığını deyən Elis oradan qayıtmağın asan olmadığını əlavə edir. Eyni zamanda bunun baş verməsinin səbəbi kimidə Caşı göstərir. (Caş 8 yaşı olduğu zaman onda da bu astral səyahət zamanı gözünə qəribə varlıqlar görünür və səslər eşidirdi. Elis xüsusi metodlarla ona hər şeyi unutduraraq buna son qoymuşdu). Elis onuda əlavə edirki yalnız Caş astral səyahət edərək onu tapıb geri qaytara bilər.
Lakin ondan əvvəl Elis köməkçilərinin köməyi ilə bir metoddan istifadə edərək Daltonun ruhu ilə əlaqə saxlamağa çalışır və bu alınır. Köməkçilərindən biri isə Daltonun dediklərini kağıza yazır. Bütün bunları yalnız Elis eşidir. Dalton bir yerdə olduğunu onu bağladıqlarını və çox qorxduğunu deyir. Daha sonra isə onu tapdıqlarını deyir. Bütün bunların olduğu vaxt birdən Daltonun ürək nəbzini ölçən cihaz dayanır. Reney və Caş dərhal qalxıb ora getmək istədikləri vaxt birdən Dalton gözləri yumulu halda düz yanlarında peydə olur. Əlini havaya qaldıraraq masaya vurduğu an birdən otaq bir-birinə qarışır. Naməlum iki varlıq peydə olur. Lakin Elis onları otaqdan qovmağa müvəffəq olur.
Növbəti gün xüsusi metod ilə Elis Caşı astral dünyaya göndərir. Ruhi dünyaya daxil olaraq burada oğlunu axtarmağa başlayan Caş əvvəlki evlərinə gedərək Daltonun çəkmiş olduğu qırmızə rəngli çardağın qapısını tapır. Lakin burada bir varlığın hücumuna məruz qalır. Elisin səsinin ona dediklərinin sayəsində onu dəf edərək otağa daxil olur və Daltonu yerdə tapır. Dalton atasını görərək çox sevinir. Caş onu oradan çıxartmağa çalışır. Onu azad edən Caş qayıtmaq istədikləri vaxt iblislərin hücumuna məruz qalırlar. Onlardan qaçmağa çalışırlar lakin onlarda onları təqib edirlər. Bu vaxt Caş yaşlı qadın görür. Hansı ki, uşaq ikən onun bədənini ələ keçirmək istəyirdi. Həmin qadın Caşın dəfələrlə ondan əl çəkməsini qışqırdıqdan sonra zülmətə qərq olur. Nəhayət Caş və Dalton bədənlərinə geri qayıdaraq öz evlərində oyanırlar.
Hər şeyin başa çatdığına görə çox sevinən ailə mətbəxdə söhbət edirlər. Elis və Caş isə qonaq otağındadırlar və Caş ona köməyə görə təşəkkür edir. Elis isə təşəkkürə ehtiyac olmadını deyir. Caş Elisə onun ona vermiş olduğu özünün uşaqlıq şəklini verir. Bu vaxt Elis Caşın şəkildəki barmaq izindəki qara ləkə görür. Caş nə olduğunu soruşduqda özünü sakit aparan Elis çantasından fotokameranı götürərək xəbəri olmadan Caşın şəklini çəkir. Caş isə bərk əsəbləşir və niyə belə etdiyini ona dəfələrlə qışqırır. Daha sonra hücum edərək onu boğmağa başlayır. Mətbəxdə olan digərlərinin isə heç nədən xəbərləri yoxdu. Lakin Reney səs eşitdiyini düşünür. Qonaq otağına daxil olarkən Elisi ölmüş halda görərək qışqırır. Bu vaxt kameranı görən Reney Elisin çəkdiyi son şəklə baxır. Şəkilə Caşın bədənindəki həmin yaşlı qadının əksi düşüb. Heyrətlər içərisində qalan Reney birdən Caşın səsini eşidir: "Reney, mən buradayam".
Film Reneyin diksinərək arxaya baxması ilə başa çatır.
Rollarda Patrik Vilson — Caş Lambert Rouz Bayrin — Reney Lambert Lin Şaye — Elis Reyner Tay Simpkins — Dalton Lambert Barbara Herşi — Lorrain Lambert Leiq Uannell — Speks Anqus Sampson — Tuker Andreu Astor — Foster Lambert Heater Tokuiqni — Tibb bacısı Kelli Korbett Tak — Tibb bacısı Adele Ruben Pla — Həkim Serkarz Con Henri Bander — Martin Caş Feldman — Gənc Caş
Gəlir Öz büdcəsinin 1 milyon dollar olmasına baxmayaraq qısa vaxt ərzində çox tamaşaçı kütləsi toplaya bilən film ilk həftədə 13 milyon dollar qazanıb. Dünya üzrə ümumilikdə film 97,009,150 dollar gəlir qazandırıb.
Ev üçün buraxılış Məkrli filminin DVD diski "Sony Pictures Home Entertainment" tərəfindən 12 iyul 2011-ci ildə satışa çıxarıldı. Diskdə filmdən silinmiş səhnələr də yer alıb.
Mükafat və nominasiyalar İl Nəticə Mükafat kateqoriya Alan 2011 Qorxulu Metr Mükafatı Ən Yaxşı Qorxu Filmi Ceyms VannLeiq Uannell 2011 Qorxulu Metr Mükafatı Ən Yaxşı Rejissor Ceyms Vann 2011 Qorxulu Metr Mükafatı Ən Yaxşı Aktrisa Rouz Bayrin 2011 Qorxulu Metr Mükafatı Ən Yaxşı Köməkçi Aktrisa Lin Şaye 2011 Qorxulu Metr Mükafatı Ən Yaxşı Ssenari Leiq Uannell 2011 Saturn Mükafatı Ən Yaxşı Köməkçi Aktrisa Lin Şaye 2011 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Filmi − 2011 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Aktyoru Patrik Vilson 2011 2011 Qorxu Mükafatı Ən Yaxşı Qorxu Aktrisası Rouz Bayrin
Davamı Növbəti seriyaları
Əsas məqalə: Məkrli: 2-ci fəsil
Filmin davamı olan Məkrli: 2-ci fəsil 13 sentyabr 2013-cü ildə yayımlandı. 2011-ci ilin noyabr ayında Sony Pictures şirkətinin filmin 2-ci hissəsi üçün onlayn formada ad seçimininə başladığı bildirilmişdi.
Əsas məqalə: Məkrli: 3-cü fəsil
Filmin 3-cü seriası olan Məkrli: 3-cü fəsil filmi isə 5 iyun 2015-ci ildə yayımlanıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:Qorxu filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu ilin Kanada filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:IM Global filmləri Kateqoriya:2010-cu illərin fövqəltəbii qorxu filmləri Kateqoriya:2011-ci ilin qorxu filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:2010-cu illərin psixoloji qorxu filmləri Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:Ceyson Blamın prodüseri olduğu filmlər Kateqoriya:2010-cu illərin kabus filmləri