Böyük İşıqlı () vulkanı - Azərbaycan Respublikasının qərbində, Laçın rayonunun cənub-qərbində Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Vulkanın mütləq hündürlüyü dəniz səviyyəsindən 3552 metrdir. Böyük İşıqlı yatmış vulkandır və burada mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Yamacında İşıqlı Qaragölü yerləşir. Həmçinin 17 oktyabr 1987-ci il tarixində yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğu da, Böyük İşıqlı dağının yamacında, 2650–2700 m mütləq yüksəklikdə yerləşir.

Böyük İşıqlı dağı Ermənistanla sərhəddə yerləşir. Qarabağ yaylasında ən yüksək zirvələrdən biridir. İşıqlı komponenti dağın (başı daim qarla ortulu olduğundan) işıq saçdığını, parıldadığını bildirir.

Mənbə 8-ci siniflər üçün dərslik. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası. Təhsil. Bakı-2011 Səh.17

İstinadlar

Kateqoriya:Azərbaycandakı vulkanlar Kateqoriya:Laçın rayonunun dağları Kateqoriya:Sərhəd dağları