Boris Efimoviç Nemtsov () — rus liberal siyasətçi. Nemtsov Rusiyanın Sovet iqtisadi modelindən kapitalist modelinə keçidi mərhələsində çox mühüm rol oynamışdır. Prezident Boris Yeltsin rəhbərliyində (1990-cı illərdə) uğurlu siyasi kareyeraya malik olmuşdur. 2000-ci ildən ölümünə qədər Vladimir Putinin açıq-aşkar ən böyük tənqidçisi olan Nemtsov, 27 fevral 2015-ci ildə ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilmişdir.Zimmerman, Malia (4 mart 2015). "Crossing the Kremlin: Nemtsov latest in long line of Putin critics to wind up dead" , Fox News.Kramer, Andew E. (27 fevral 2015) "Boris Nemtsov, Putin Foe, Is Shot Dead in Shadow of Kremlin" , The New York Times. Qətlə yetirilməsindən bir neçə həftə əvvəl Putinin onu öldürə biləcəyini bildirmişdir. 2017-ci ilin iyununda Nemtsovun qətlində günahlandırılaraq 5 çeçen həbs edilmiş və onlar məhkəmədə bunu 15 milyon rubl (253.000 dollar) müqabilində etdiklərini etiraf etmişdirlər. Lakin bu qətlin sifarişinin kim tərəfindən verilməsi hələ də bilinmir.
Nemtsov Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşnalığına, korrupsiyaya, Soçi Olimdiyadasının təşkilindəki yeyintilərə, Rusiyanın Ukraynaya siyasi və hərbi müdaxiləsinə görə tənqid edirdi.Putin Critic Boris Nemtsov Shot Dead , NPR.org, 27 fevral 2015. 2008-ci ildən sonra Nemtsov birbaşa Putin ilə əlaqələndirilən korrupsiya və yeyinti ilə bağlı apardığı araşdırmanı yayımladı. O, siyasi mübarizəsinin bir hissəsi kimi, "Narazıların yürüşü", "Strategiya-31" və "Ədalətli seçkilər naminə" adlı kompaniyaların təşkilatçısı və iştirakçısı idi.
Qətlə yetirildiyi ərəfədə Nemtsov Moskvada Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına və maliyyə böhranına qarşı etiraz nümayişi təşkil etməklə məşğul idi. O, həmçinin Ukraynadakı rus hərbi qulluqçularının ruspərəst üsyançılar tərəfdə Ukrayna dövlətinə qarşı döyüşdüyünü göstərən hesabat üzərində çalışırdı. Rusiyanın bu fəaliyyəti o zaman Rusiyadan kənarda bir o qədər də populyar deyildi.
Nemtsov Nijni-Novqorodun ilk qubernatoru olmuşdur (1991–1997). Daha sonra o, Rusiya hökumətində Energetika naziri (1997), Rusiya baş nazirinin müavini və Rusiya Təhlükəsizlik Şurasının üzvü (1997–1998) kimi vəzifələrdə çalışmışdır. 1998-ci ildə Gənc Rusiya hərəkatının əsasını qoymuşdur. 1999-cu ildə "Sağ Qüvvələr İttifaqı" adlı seçki blokunun həmtəsisçilərindən olmuşdur. Bu blok sonralar siyasi partiyaya çevrilmişdir. O, dəfələrlə deputat seçilmişdir. Xalq Deputatları Sovetinin (1990), Federasiya Şurasının (1993–1997 və Dövlət Dumasının (1999–2003) üzvü olmuşdur.
O, həmçinin Dövlət Dumasının vitse-spikeri və "Sağ Qüvvələr İttifaqı"nın parlament qrupunun rəhbəri olmuşdur. 2008-ci ildə "Sağ Qüvvələr İttifaqı"nın parçalanmasından sonra "Həmrəylik" hərəkatının həmtəsisçisi olmuşdur. 2010-cu ildə "Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" koalisiyasının həmtəsisçisi olmuşdur. Bu koalisiyanin partiya kimi qeydiyyatdan keçirilməsi rəsmi dairələr tərəfindən rədd edilmişdir. 2012-ci ildən etibarən qeydiyyatlı siyasi partiya olan Xalq Azadlıq Partiyasının həmsədri olmuşdur.
Qətlə yetirildiyi zaman müxalif "Həmrəylik" hərəkatının liderlərindən biri, Yaroslavl vilayət parlamentinin seçilmiş üzvü, Liberallar və Demokratlar Alyansının üzvü olan və panavropaçı partiya olan Xalq Azadlıq Partiyasının həmsədri idi.
Qətlindən sonra Nyu-York Taymsdan Serge Sşmemann "Heç vaxt geri çəkilməyən islahatçı" başlıqlı məqaləsində yazırdı:
Nyu-York Taymsdan daha başqa bir jurnalist– Yuliya Yoffe də Nemtsovu təxminən bu tərzdə sözlərlə tərif etmişdir.
Həyatı Boris Yefimoviç Nemtsov 1959-cu ildə Yefim Dadidoviç Nemtsovla Dina Yakovlevna Eidmanın ailəsində dünyaya gəlmişdir. Onun anası fizik və yəhudi olmuşdur.
Onun 5 yaşı olarkən valideynləri boşanmışdır. Avtobioqrafiyasında qeyd edir ki, Rus Pravoslav Kilsəsi mənsubu olan ata nənəsi onu körpə olarkən vəftiz etmişdir. Beləliklə, o praktikida Ortodoks Xristian olmuşdur. O, vəftiz edildiyini sonralar öyrənmişdir.Allensworth, Wayne (1998). The Russian Question. Rowman & Littlefield, . p. 289
27 fevral, saat 23:40 radələrində Moskvanın mərkəzində, naməlum şəxslər küçədə ağ avtomobildən Boris Nemtsova dörd dəfə atəş açıblar. Kürək nahiyyəsindən aldığı yaralardan Boris Nemtsov hadisə yerində keçinib.
Boris Nemtsovun xatirəsi ilə bağlı matəm yürüşündə 50 min nəfər iştirak edib.
Təhsili 1976–1981-ci illərdə Qorki şəhərində yerləşən N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetində fizika üzrə təhsil almışdır. 11985-ci ildə Qorki Dövlət Universitetində fizika və riyaziyyat üzrə doktorantura dissertasiyasını müdafiə etmişdir. Bundan sonra Radiofizika Araşdırmaları İnistitutunda işləməyə başlamış və kvant mexanikası, termodinamika, akustika barədə 60-dan çox elmi məqalə nəşr etdirmişdir.Nemtsov, B. SAO/NASA Astrophysics Data System (ADS) , adsabs.harvard.edu; accessed 30 aprel 2018.
Akustik lazer üçün nəzəri bir model və kosmik zondlar üçün antenaların yeni dizayn təklif etmişdir. and a novel design of antennas for space probes.
Siyasi fəaliyyəti thumb|Anti-Nemtsov və anti-çubais etirazlar (1998). Posterlərdə yazılıb: "Çubais və Nemtsovu ədalətə təslim edin", "Sionistlərdən sabun düzəldin." thumb|Sağ Qüvvələr İttifaqının parlament qrupunun lideri Boris Nemtsov və prezident Vladimir Putin (2000). thumb|Nemtsov Dünya İqtisadi Forumunda (2 oktyabr 2003, Moskva) thumb|Barak Obama Rusiyanın siyasi liderləri ilə — liberal Leonid Qozman, Boris Nemtsov, kommunist Gennadi Zyuqanov, sosial-demokrat Yelena Mizulina və sosial-liberal Sergey Mitroxin 1986-cı ildəki Çernobıl faciəsi baş verən zaman Nemtsov öz yaşadığı bölgədə etiraz nümayişi təşkil etdi. Bununla da o, bu bölgədə yeni bir nüvə enerjisi istehsal edən obyektin tikintisinin qarşısını aldı.
1989-cu ildə Nemtsov Xalq Deputatları Sovetliyinə namizəd olsa da, seçkidə məğlub oldu. O, seçkilərə kifayət qədər radikal platforma ilə qatılmışdı. Bu platformada çox partiyalı sistemə keçid, şəxsi təşəbbüsün inkişaf etdirilməsi kimi tələblər var idi.
1990-cı ildəki ilk Rusiya seçkilərində Nemtsov Rusiya Ali Sovetinə sonradan Nijni-Novqorod adlandırılan Qorki şəhərindən deputat seçildi. O, kommunist olmayan yeganə deputat idi. Ali Sovetdə mərkəz-sol fraksiyasının üzvü olmuşdur.
Parlamentdə kənd təsərrüfatı və xarici ticarətin sərbəstləşdirilməsi ilə bağlı çalışan qanunverici komitəyə üzv olmuşdur. Burada çalışarkən Boris Yeltsinlə yaxından tanış olmuşdur. 1991-ci ilin oktyabr ayında Boris Yeltsin əleyhdarlarının hücumları zamanı Yeltsini sona qədər müdafiə etmişdir. Bu sədaqətinə görə də Yeltsin onu Nijni-Novqorod şəhərinə öz nümayəndəsi təyin etmişdir.
1991-ci ildə Yeltsin onu Nijni-Novqorodun qubernatoru təyin etdi. 1995-ci ilin dekabrında o bu vəzifəyə xalq tərəfindən yenidən seçildi. Onun bu vəzifə müddəti zamanı Nijni-Novqorod "İslahat laboratoriyası" adlandırılırdı. Xaotik və geniş-miqyaslı islahatlar nəticəsində Nijni-Novqorod iqtisadi baxımdan mühüm irəliləyişlər əldə etdi. Nemtsovun burada gördüyü işlər 1993-cü ildə bu bölgəyə səfər edən Marqaret Tetçer tərəfindən yüksək qiymətləndirilmişdi.
Serge Schmemann qeyd edir ki, "qubernatorluğunun lap əvvəlindən Nemtsov regionun keçidi üçün tufan kimi kompaniya başlatmışdı. O, bunun üçün Qərb agentliklərindən də güclü dəstək alırdı." Regionun xaricilər üçün qaöalı olmasına və özəlləşdirmə üçün kifayət qədər kağız pulun olmamasına baxmayaraq, Nemtsov gələcəyə ümidlə baxırdı. O, bunun üçün sonradan əhali tərəfindən Nemtsovki adlandırılan və rubla dəyişdirilən pul istiqrazları buraxdı. Serge Schmemann Nemtsovu rus sayağı icra hakimi əvəzinə, qərb sayağı qubernator adlandırır.
Nemtsovun ölümündən sonra Leonid Berşidski onunla 1992-ci ildəki görüşü barədə bunları demişdi.
1993-cü ildə Nemtsov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasına üzv seçildi. Seçki kompaniyası zamanı o, ölkənin liberal partiyaları olan Rusiyanın seçimi və Yabloko partiyaları tərəfindən dəstəklənirdi.
1996-cı ildə Boris Yeltsinə I Çeçenistan müharibəsini dayandırmaq üçün özü daxil 1 milyon insanın imzaladığı petisiya təqdim etmişdir.
1997-ci ilin mart ayında Rusiya Federasiyasının baş nazirinin birinci müavini təyin edildi. O, bu vəzifədə enerji sektorunda gedən islahatlara cavabdeh idi. O, sindikatların, ev sisteminin və sosial sektorun yenidən qurulmasını əmr etmişdi. Tədricən, bütün ölkə boyunca böyük nüfuza sahib olmağa başladı. 2000-ci il prezident seçkilərində əsas namizəd kimi qəbul edilirdi. Boris Yeltsin onu Bill Klintonla tanış etmiş və özünün varisi adlandırmışdı. 1997-ci ilin yayında keçirilən rəy sorğularında əhalinin 50 faizi onu prezident seçkilərində dəstəkləyəcəyini bildirmişdi. Lakin Nemtsovun siyasi kareyerası 1998-ci il Rusiya maliyyə və iqtisadi böhranına görə xeyli ziyan gördü.
thumb|"Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" (2010) thumb|"Qanunsuzluq və Korrupsiya olmayan Rusiya uğrunda" yürüşü (2011)
Nemtsov Moskvanın Ağ evində cəmi il yarım işləməsinə baxmayaraq, özü bu iş dövrünü uğurlu adlandırmışdı. O, kommersiya banklarındakı korrupsiya hallarına son vermiş, dövlət müəssisələrinni özəlləşdirilməsi zamanı yol verilən korrupsiya hallarına qarşı qanunlar qəbul etdirmişdi. O, həmçinin xam malların və neft məmulatlarının ölkədən qeyri-qanuni ixrac edilməsi hallarına qarşı da mübarizə aparmışdır. O bu dövr barədə bunları deyirdi:
Çubais iqtisadçi komandasının üzvü olduğuna görə Nemtsov baş nazirin müavini vəzifəsindən istefa verməyə məcbur oldu. Viktor Çernomirdinin 1998-ci ildə işdən uzaqlaşdırılmasından sonra yenidən bu vəzifəyə təyin edildi. Lakin qısa müddət sonra Yeltsin hökuməti buraxdına görə, bu vəzifəsindən yenidən uzaqlaşdı.
Nemtsov o dövrki rəhbər şəxslərin hamısından fərqli idi. Ekonomistin də bildirdiyi kimi, o digər nüfuzlu şəxslərdən fərqli olaraq problemli 1990-cı illərdə nüfuzlu şəkildə peydə olmuşdu.
1998-ci ilin əvvəllərində Nemtsovun Nemtsov.ru adlı şəxsi saytı var idi. Bu saytı açmaqda məqsədi izləyicilərinə başqa yerdə çata bilməyəcəkləri məlumatları vermək idi. Bu Rusiya siyasətində siyasətçinin seçici ilə ikili əlaqəyə girə bilməsinin ilk nümunələrindəndir.
1999-cu ilin avqust ayında Nemtsov Sağ Qüvvələrin İttifaqının htəsisçilərindən biri oldu. Bu liberal-demokratik koalisiya 1999-cu ilin dekabr ayındaki parlament seçkilərində 8.6 faiz, yəni 6 milyon səs toplaya bildi. Nemstov özü isə Dövlət Dumasına seçildi. 200-cü ilin fevral ayında isə Dumanın sədri oldu. 2000-ci ilin may ayında Sergey Kiriyenkonun istefasından sonra partiyanın və partiyanın parlament qrupunun rəhbəri oldu. 2001-ci ilin may ayında partiya nümayəndələrinin 70 faizi onu partiya rəhbəri kimi rəsmən qəbul etdi. Nemtsovun sözlərinə görə partiyada hər bir zaman iki fraksiya — Nemtsov fraksiyasi və Çubais fraksiyası — mövcud idi. Çubaislər prinsiplərdən daha çox praqmatik idilər və realpolitik hesab olunurdular.
2002-ci ildəki Dubrovka faciəsi zamanı o əsir götürənlərlə birbaşa görüşmək istəyən siyasətçilərdən biri olmuşdur. Sonradan bildirmişdir ki, onun bu istəyinə Putinin birbaşa əmri ilə mane olunmuşdur.
2000–2003-cü illər arasında Nemtsov çox çətin vəziyyətdə idi. O, Putin hakimiyyətinin demokratiyanı boğduğunu düşünürdü, lakin Kremlinlə razılaşma tərəfdarı olan Sağçı Qüvvələr İttifaqının baş katib köməkçisi olan Çubaislə də uzlaşma tapmalı idi. 2003-cü ildəki parlament seçkilərində Nemtsovun partiyası 4 faiz və ya 2.4 milyon səs toplaya bildi. beləliklə partiya minimum olan 5 faiz səsi toplaya bilmədiyinə görə parlamentdə təmsil oluna bilmədi. 2004-cü ilin yanvarında Nemtsov partiya rəhbərliyindən istefa verdi. Bundan sonra neft şirkəti olan Neftianoyin direktorlar şurasının katibi və Ukrayna prezidenti Viktor Yuşenkonun siyasi işlər üzrə müşaviri vəzifəsində çalışdı.