Kids on the Slope (, ) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. Serial noitaminA bloku çərçivəsində Fuji Tv-də nümayiş olunmuşdu.

Məzmun Hadisə 1966-cı ildə baş verir. Baş qəhrəman Kaoru Nişima paytaxt prefektura Kanaqavaya aid olan Yokosuka şəhərindən Naqasaki prefekturasında yerləşən Sasebo şəhərinə köçür. Kaoru həm daha isti iqlimə, həm də yeni məktəbdə onu gözlədiyi mühitə öyrəşməlidir. Yerli qeyri-formal Sentaro Kavabuçi ilə ünsiyyət qurduğdan sonra hər ikisinin musiqiyə marağı olduğu məlum olundu. Beləliklə, o, zərb alətlərində çalan Sentaro və ailəsinin studiya kimi istifadə oluna biləcək böyük zirzəmili musiqi alətləri dükanı olan sinifkomu Ritsuka ilə tanış olur. Bundan öncə yalnız klassik üslubda ifa edən Kaoru caza da marağının peyda olunduğunu görür. Məzmun boyunca musiqi qrupuna yeni iştirakçılar daxil olurlar.

Personajlar Personaj Haqqında Kaoru Nişimi Zəkalı gənc oğlan. Kaoru — peşəkar pianoçudur, amma tezliklə ona caz musiqisi maraqlandırır. Sentaro Kavabuçi Dələduz 1-ci sinif ali məktəb tələbəsi. Bütün yaşıdları Sentarodan yaman qorxduğu üçün, Kaouru onu birinci quldur kimi səhv salır. Əslində is o, çox mehriban və həssas şəxsdir. Sentaronun atası ABŞ əsgəri, anası isə yapondur. Bu səbəbdən, onun nənəsi və ögey atası ondan çəkinirlər. Lakin o, gənc ögey qardaşları ilə yaxşı dolanır. Ritsuko Mukae Ritsuko Kaorunun sinif yoldaşı və Sentaronun köhnə dostu. Cuniçi Katsuraqi Sentaronun kumiri olan Cuniçi, onun tərəfindən "Qardaş Cun" kimi cağırılır. Tokiodakı kollecdə oxuyur. Bir sıra sonra, inqilabi siyasi hərəkatına qoşulub, kolleci tərk edir və ailəsindən məhrum olur. Tsutomu Mukae Ritsokunun atası və musiqi mağazasının sahibidir. Yurika Fukahori Hiqaşi məktəbində ikinci kurs tələbəsi. O, zəngin ailədən olmasına baxmayaraq, çox cəsarətli, incə, güclü və hər şeylə maraqlanan qızdır. Şiqetora Maruo Qatarlar üçün ehtirası olan Kaorunun səfeh sinif yoldaşı. Seyci Matsuoka Matsuoka gizli arzusu ailəsinə dəstək üçün bir rok qrupu yaratmaqdır. Mariko Mariko Kaorunun dayısı qızı.

Həmçinin bax 5 santimetr saniyəyə Ninja Scroll Vampir ovçusu D: Qana susama

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2007-ci ilin manqaları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:MAPPA Kateqoriya:NoitaminA Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Sentai Filmworks Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Aniplex Kateqoriya:Shogakukan Manqa Mükafatının qalibləri Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Yaponiyanın dram filmləri Kateqoriya:Yetkinliyə çatma haqqında anime və manqalar