Xələf Alı oğlu Xələfov () — Azərbaycan diplomatı, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən), Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini (1997–2018, 2019–2023), Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi.
Həyat və fəaliyyəti Xələf Alı oğlu Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır.
1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi.
1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.
1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi.
1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi.
1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.
2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.
Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.
2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
24 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Alman və rus dillərini bilir.
Evlidir, iki övladı var.
İstinadlar
Xarici keçidlər Nazir Müavinləri Xələf Xələfov
Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndələri Kateqoriya:Ermənistan azərbaycanlıları