Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) () — Azərbaycan yazıçısı və dramaturqu, Azərbaycan Respublikasının xalq yazıçısı (2019), Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri (2014–2024). Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdüçüsü.

Həyat və fəaliyyəti Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Roman, pyes, esse və hekayələr müəllifidir.

Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.  Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə). Onun əsərləri əsasında "Sərçələr" (rejissor – Eyvaz Vəliyev), "Qonaqlıq" (pejissor — Tariyel Vəliyev) televiziya tamaşaları, "Gecə" (rejissor – Teymur Quliyev), "Cəza" (rejissor – Mehriban Ələkbərzadə), "Dovşanın ölümü" (rejissor – L. Nəcəfzadə) filmləri çəkilib.

Q. Q. Markesin "Patriarxın payızı", T. Vulfun "Dünyanın hörümçək toru" romanlarının, Məhəmməd Nəsəfi, Əbu Həmid əl-Qəzali, İbn Ərəbi, Cəlaləddin Ruminin təzkirələrinin Azərbaycan dilinə tərcümə müəllifidir.

1994-cü ildə Berlin Ədəbiyyat Evində "İzdiham" əsərinin alman dilində qiraəti və müzakirəsi keçirilib, 2000-ci ildə Vyana Universitetində yaradıcılığı əsasında doktorluq dissertasiyası müdafiə olunub. (Sena Doğan "Avropa şərqşünaslığında qadın yazarlar") 2004-cü ildə Vyana radiosunda "Sərçələr" hekayəsinin motivləri əsasında hazırlanmış "Die Sperlinge" ("Sərçələr") radio-pyesinin yayını təşkil edilib.

Ailəsi Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin nəvəsi, ədəbiyyatşünas alim Məsud Əlioğlunun qızıdır.

Əsərləri Romanları

Təltif və mükafatları

Azərbaycan "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 24 may 2019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 12 iyul 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 16 yanvar 2025-ci ildən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019 "Şöhrət" ordeni — 1 iyun 2017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı (Mədəniyyət Nazirliyi) "Humay" mükafatı Prezident təqaüdüçüsü — Tarix: 16 yanvar 2025 Digər ölkə və birliklər TÜRKSOY-un Məhtimqulu Fəraqi adına medalı Türkiyənin "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qalibi "Haldun Taner" medalı "Gürcüstanın mədəniyyət elçisi" fəxri diplomu Gürcüstan Yazıçılar Birliyinin "Akakiya Tsereteli" mükafatı Gürcüstan və Acara Yazıçılar Evinin fəxri diplomu Gürcüstan Yazıçılar Birliyinin "İvane Maçabeli" mükafatı Rustaveli Ziyalılar Cəmiyyətinin "Əməkdar mədəniyyət xadimi" fəxri adı Gürcüstan Mədəniyyət Akademiyasının "Gürcüstanın Əməkdar mədəniyyət xadimi" fəxri adı Gürcüstan Yazıçılar Birliyinin "Mixeil Cavaxişvili" mükafatı Gürcüstanın "Georgi Leonidze adına qızıl medal"ı

İstinadlar

Xarici keçidlər Afaq Məsudun saytı

Kateqoriya:Qadın yazıçılar Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan jurnal redaktorları Kateqoriya:"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycanın qadın yazıçıları Kateqoriya:XXI əsr Azərbaycanın qadın yazıçıları Kateqoriya:XX əsr Azərbaycanın qadın yazıçıları