Türk dilindəki ən uzun söz — Türk dilində ən çox hərfə sahib olan söz.
Türk dilində ən uzun söz 70 hərfli "muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" sözüdür. Türk dili şəkilçili dil olduğundan bu cür sözlərin yaradılması çətin deyil. Amma eyni şəkilçi birdən çox istifadə olunduğunda sözün mənası itməkdədir. Buna görə ən uzun söz dedikdə başa düşülən olması da nəzərə alınır. "Muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" ən uzun söz olsa da başında 15 hərfdən ibarət "muvaffakiyetsiz" hissəsini mənası pozulmadan 20 hərflik sözlərlə dəyişdirmək mümkündür. Çünki türk lüğətində adı keçən ən uzun sözlər 20 hərflidir: "kuyruksallayangiller", "ademimerkeziyetçilik"," egzistansiyalizm" və ya "elektroansefalografi". Məsələn, "kuyruksallayangillersizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" kimi söz həm anlaşıqlı, həm də 70 hərfdən daha uzun (78 hərfli) olmasına baxmayaraq mədəniyyətdə "kuyruksallayangiller", "ademimerkeziyetçilik" və ya "elektroensefalografi" kimi sözlər işlədilmir.
Tarix Bu sözdən əvvəl "Çekoslovakyalılaştıramadıklarımızdan mıymışsınız?" sözü ən uzun söz hesab olunurdu.
Çexoslovakiya dağıldıqdan sonra türk dilində "Afyonkarahisarlılaştırabildiklerimizdenmişsinizcesine" sözü ən uzun hesab olunmuşdur. Bu sözdən də uzunu tapılınca əhəmiyyətini itirmişdir.
Cümlədə istifadəsi Aşağıda türk dilindəki mətndə "muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine" sözünün istifadə nümunəsi verilmişdir. (mətn türk dilindədir.) Kötü amaçların güdüldüğü bir öğretmen okulundayız. Yetiştirilen öğretmenlere öğrencileri nasıl muvaffakiyetsizleştirecekleri öğretiliyor. Yani öğretmenler birer muvaffakiyetsizleştirici olarak yetiştiriliyorlar. Fakat öğretmenlerden biri muvaffakiyetsizleştirici olmayı, yani muvaffakiyetsizleştiricileştirilmeyi reddediyor, bu konuda ileri geri konuşuyor. Bütün öğretmenleri kolayca muvaffakiyetsizleştiricileştiriverebileceğini sanan okul müdirü bu duruma sinirleniyor, ve söz konusu öğretmeni makamına çağırıp ona diyor ki: "Muvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesine laflar ediyormuşsunuz ha?"
Sözün quruluşu Söz MənasıMuvaffakMüvəffəqMuvaffakiyetMüvəffəqiyyətMuvaffakiyetsizMüvəffəqiyyətsizMuvaffakiyetsizleş(-mek)Müvəffəqiyyətsizləş(-mək)Muvaffakiyetsizleştir(-mek)Müvəffəqiyyətsizləşdir(-mək)MuvaffakiyetsizleştiriciMüvəffəqiyyətsizləşdiriciMuvaffakiyetsizleştiricileş(-mek)Müvəffəqiyyətsizləşdiriciləş(-mək)Muvaffakiyetsizleştiricileştir(-mek)Müvəffəqiyyətsizləşdiriciləşdir(-mək)Muvaffakiyetsizleştiricileştiriver(-mek)Müvəffəqiyyətsizləşdiriciləşdirməyi ver(-mək)Muvaffakiyetsizleştiricileştiriverebil(-mek)Müvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bil(-mək)Muvaffakiyetsizleştiricileştiriveremeyebil(-mek)Müvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bil(-mək)MuvaffakiyetsizleştiricileştiriveremeyebilecekMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilmə(-yəcək)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcək(-lər)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcəkləri(-miz)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcəklərimiz(-dən)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcəklərimizdən(-miş)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcəklərimizdənmiş(-siniz)MuvaffakiyetsizleştiricileştiriveremeyebileceklerimizdenmişsinizcesineMüvəffəqiyyətsizləşdiriciləşdirməyi verə bilməyəcəklərimizdənmişsiniz(-cəsinə)
İstinadlar
Kateqoriya:Türk dili Kateqoriya:Uzun sözlər Kateqoriya:Ən uzun şeylər Kateqoriya:Türk dilində sözlər və ifadələr