thumb|200px|right|Rikardo Kaka müasir futbol geyimində Futbol geyimi — başqa idman növlərində olduğu kimi futbolda da geyim standart avadanlıq sayılır. Futbol geyimi futbolun 4-cü qaydası ilə müəyyənləşdirilir və qaydaya əsasən, futbolçu geyimin minimal dəstinə sahib olmalı və üstündə başqa futbolçuya yaxud da digər iştirakçıya təhlükə yarada biləcək heç bir əşya olmamalıdır. Bəzən fərdi yarışlarda geyimə bir neçə məhdudiyyətlər qoyula bilər, məsələn, loqoların ölçüsünün tənzimlənməsi; bir-biri ilə qarşılaşan iki komandanın formaları eyni və ya oxşar olarsa, səfərdə olan komanda başqa rəngdə geyinməlidir.
Futbolçuların köynəklərinin arxasında adətən identifikasiya nömrəsi olur. İlkin olaraq futbolçular oynadığı mövqeyindən aslı olaraq formalarında yalnız 1-dən 11-ə qədər rəqəmləri daşıyırdılar, amma futbol peşəkar səviyyəyə çatandan sonra, qaydalar dəyişdi və oyunçulara mövsüm ərzində nömrələrini dəyişməyə icazə verildi. Həmçinin, peşəkar klublarda adətən köynəklərin arxasında futbolçunun soyadı və ya ləqəbi yazılır, çox vaxt onlar nömrənin yuxarı hissəsində olur, nadir hallarda aşağısında.
İlkin futbol geyimi bu günümüzə çatana qədər çoxlu dəyişikliklərə məruz qalıb. Əvvəl futbolçular pambıqdan hazırlanmış qalın köynək, bric və dəridən hazırlanan ağır sərt çəkmələr geyinirdilər. XX əsrdə çəkmələr daha yüngül və yumşaq, şortlar daha qısa oldular. Geyim istehsalında və poliqrafiyada irəliləyişlər sayəsində yüngül sintetik liflərdən hazırlanan və daha da rəngarəng və mürəkkəb konstruksiyaya sahib olan köynəkləri hazırlamaq mümkün oldu. XX əsrdən başlayan reklamın inkişafı futbola da təsir etdi. Belə ki, artıq formalarda sponsorların loqoları yaranmağa başladı, həmçinin azarkeşlər üçün də formalar satılmağa başlandı ki, bu da klublara böyük gəlir gətirdi.
Ləvazimatlar
Əsas ləvazimatlar Bütün futbolçularda olması nəzərdə tutulan avadanlıqlar Futbol geyimi adlı 4-cü futbol qaydasında müəyyən edilir. Qaydada formaya aid 5 ləvazimat qeyd edilib — köynək, şort, corab (və ya getr), ayaq qoruyucuları və butslar.Law 4 – The Players' Equipment". Laws of the Game 2008/2009 (PDF). FIFA. pp. 18–19. Retrieved 1 September 2008. Qapıçılara şortik yerinə idman şalvarı da geyinməyə icazə verilir. thumb|100px|right|Ayaq qoruyucusu Əksər oyunçuların altında dişləri olan butsları geyindiyinə baxmayaraq, futbol qaydalarında bu helə də vacib deyil. Köynəklərin qısa və ya uzun qolları olmalıdı, qapıçıların köynəklərinin rəngi isə digər oyunçular və hakimlərdə olan köynək rənglərindən tamamilə fərqlənməlidi. İstilik üçün şortun altından ondan çox uzun olmuyan şortaltı geyinmək olar, amma o, şortun rəngində olmalıdı. Ayaq qoruyucusu tamamilə getrlə örtülməli, rezin, plastik və ya oxşar materialdan hazırlanmalı və "kifayət dərəcədə müdafiəni təmin etməlidir". Oyunun qaydalarının müəyyən etdiyi avadanlıqlarla bağlı vacib məhdudiyyət ondadır ki, oyunçuların əynində və ya formasında özünə yada başqa oyunçulara təhlükə yaradacaq hər hansı bir əşya olmamalıdır.
Bəzi yarışlarda icazə verilir ki, iki komanda eyni rəngli formada olsun, baxmayaraq ki futbol qaydalarına görə: "İki komanda bir birindən fərqlənsin deyə, onlar başqa rəngdə formalar geyinməlidi, həmçinin hakimlər briqadası da buna əməl etməlidir". Buna görə də hər klubun "ev" və "qonaq" forması var, amma bəzən klublar rəqib ilə eyni rəngdə forma dəstini geyinməsə də, yenə də "qonaq" formasını geyinir, bu marketinq məqsədi daşıyır. Formanın rəngi rəqibin həm "ev", həm də "qonaq" formasıyla eyni düşəndə, bir çox peşəkar klublar "üçüncü" formasını istifadə edirlər.David Moor. "A Brief History of Football Kit Design in England and Scotland" . HistoricalFootballKits.co.uk. Köklü klublar hər il geyimlərində yalnız özünə məxsus rəngləri istifadə edirlər, və o rənglər klub mədəniyyətin ayrılmaz tərkib hissəsi sayılır. Milli komandalar öz ölkə bayrağı rəngində geyinməyə üstünlük verilər, amma hər milli belə etmir, məsələn: italyanlar Savoyya sülaləsinin rəngi olan göy rəngdə geyinir, hollandlar oran sülaləsinin şərəfinə narıncı rəngi seçiblər, avstraliyalılar isə hər idman növündə olduğu kimi öz milli rəngləri olan yaşıl və qızılda meydana çıxırlar. thumb|left|Mançester Yunaytedin 2012/2013 mövsümü üçün ev geyimi Köynəklər əsasən poliefir materiallardan hazırlanır və təbii liflərdən hazırlanmış köynəklər kimi təri və istiliyi özündə saxlamır. Klubların geyimlərinin ortasında və ya arxasında böyük gəlir gətirən sponsor loqoları yerləşdirilir. Yerli qaydalardan aslı olaraq, loqonun ölçüsünə və yerləşməsinə məhdudiyyətlər tətbiq oluna bilər. Oyunçuların nömrələri arxada yazılır, amma milli komandalarda nömrə qabaqda da yerləşdirilir. bəzi klublar oyunçuların adlarını nömrələrindən yuxarda, bəziləri isə aşaqda yerləşdirilər. Hər komandanın kapitanı adətən, hakim və tərəfdarlar tanısın deyə, sol qolunda kapitan sarğısını daşımalıdır. thumb|150px|right|Raul Qonsales kapitan sarğısıyla
Müasir futbolda oyunçuların çoxusu ya dəridən, ya da sintetik materiallardan hazırlanmış xüsusi futbol butslarını geyinir. İndiki butslar keçmişdəkilərdən fərqli olaraq topuqdan aşağı cüzi kəsilir və altına dişlər vurulur. Dişlər həm sökülə bilən, həm də daimi ola bilər, və normal olaraq onlar vint oyması ilə düzəldilir.
Futbol qaydalarına əsasən, cinsindən aslı olmayaraq hər futbolçu standart geyim geyinməlidir, amma 2008-ci ildə "FC de Rakt" qadın klubu köhnə forma yerinə qısa ətək və bədənə yapışan futbolka geyinmək təklifi verdi. Bu qərara Hollandiya kral futbol ittifaqı veto qoysa da, sonradan fikrini dəyişdi və ətəyin altından şalvar və ya şort əlavə olunduqdan sonra, forma məqbul sayıldı.
Başqa ləvzimatlar left|thumb|300x300px|Qapıçı əlcəyi
Hər futbolçu əlcək geyinə bilər. Amma adətən qapıçalar peşəkar əlcəklərlə oynayırlar. 1970-ci illərdə çox nadir hallarda qapıçılarda əlcək görmək olardı, indi isə onları əlcəksiz təsəvvür etmək çətindi. Məsələn, Avro 2004 turniri zamanı keçirilən İngiltərə-Portuqaliya oyununda portuqaliyalı qapıçı Rikardo oyun sonrası penalti zərbələrini əlcəksiz dəf etmişdi, bu hərəkət çoxlu müzakirələrə səbəb olmuşdu. 1980-ci illərdə əlcək düzəltmədə əhəmiyyətli irəliləyişlər oldu, müasir əlcəkləri helə hazırlayırlar ki, barmaqlar geri qatlananda qapıçılar zədə almasınlar, həmçinin əlcək ovucu əlin qorunması və qapıçıya topu əlində daha yaxşı tutması üçün xüsusi materiallardan hazırlanır. Qapıçılar bəzən də günəşin yada projektorların işığını qarşısını almaq üçün, kepka taxır. Görmə problemləri olan futbolçular oyun zamanı eynək taxa bilərlər. Oyunçuların çoxusu kontakt linzaları taxmağa üstünlük versə də, Edqar Davids qlaukomaya görə onu məşhur edən eynəkləri taxır. Lakin digər futbolçulara zərgərlik kimi təhlükəli ola biləcək digər əşyalarla oynamaq icazə verilmir. Futbolçu beyin zədəsindən qorunmaq məqsədilə xüsusi papaq geyinə bilər, məsələn belə papağa görə Petr Çex tankçı ləqəbini alıb.
Hakimlərin geyimi thumb|150px|Jose Luis Qonsales müasir hakim geyimində Baş, köməkçi və dördüncü hakimlərin geyimi futbolçuların geyindiyi tərzdə idi, yalnız 1950-ci ildən sonra hakimlər blazer tipli köynəklər geyinməyə başladılar. Buna aid futbol qanunu olmasa da, bir prinsip kimi hakimin forması iki komandanın geyimindən başqa rəngdə olmalıdır. (PDF document) 1998-ci ildə Aston Villa-Uimbldon oynunun ortasında David Elleray məcbur oldu ki, formasını dəyişsin, çünki geyimi Uimbldon futbolçuların forması rəngində idi. Qara hakim geyiminin ənənəvi rəngidi, hakimlərin qeyri rəsmi təxəllüsü məhz "qara geyimli adamdı", baxmayaraq ki tez-tez digər rənglər də istifadə olunur. 1994-cü ilin dünya çempionatında FİFA hakimlərə qara rəngdən başqa digər rəngdə də geyinməyə icazə vermişdi. Bəzən hakimlərin köynəyində sponsorların loqoları yerləşdirilir, amma çox vaxt belə nişan köynəklərin qoluna yapışdırılır.
Tarixi
Viktorian dövrü Futbol geyiminə aid ilk yazılar 1526-cı ilə aid edilən kral VIII Henrinin "Böyük Qarderobunda" tapılıb, yazılarda cüt futbol butsları haqqında istinad var. Futbol komandalarını ayırd etmək üçün rəngli köynəklərin istifadə olunmasının ən qədim sübutu ingilis dövlət məktəblərinin birində keçirilən futbol oyununa aid və 1840-cı ilə təsadüf edən bir yazıdı:"Məktəbli oğlanlar göy köynəkdə, o biri komandanın oyunçuları qırmızı rəngdə geyiniblər", və bu yazı eynilə "Bell's Life in London" qəzetinin 1858-ci ildə çıxan məqaləsində də yazılmışdır.
İlk mütəşəkkil şəkildə keçirilən futbol oyunu 1960-cı ildə İngiltərədə oynanılmışdı, və çox güman ki, futbolçular hər hansı xüsusi geyim geyinməmişdilər, və komandalar bir-birindən fərqlənsin deyə, bir komandanın futbolçuları başlarına kepka qoymuşudular. Bu problemi aradan qaldırmaq üçün təklif olundu ki, komandalar çalışsınlar biri qırmızı geyimdə olsun, o biri isə göy, və beləliklə çaşqınlığı aradan götürülsün.
thumb|left|1894 il, "The New Brompton" komandası o zamanın tipik geyimində: ağır trikotaj, uzun şort, yuxarısı yüksək olan çəkmələr və tam corabla (getrla) örtülmüş baldırlar
İlk standard zolaqlı geyimlər 1870-də yaranmağa başladı, bir çox klublar yarandığı məktəblərin və ya digər idman təşkilatların rənglərində geyinməyə üstünlük verirdilər. Məsələn, Bleckbörn Rovers göy və ağ rənglərini Kembric universitetinə görə seçmişdir, çünki klubun təsisçilərindən bir çoxu orada təhsil almışdır. Oyunçular müasir şort yerinə bricidə və ya tammetrajlı şalvarda oyuna çıxırdılar, və hətta kəmər və ya çiyinbağılar taxırdılar. Ovaxtkı futbol ulduzlarından olan Lord Kinneyrd uzun ağ şalvarda oynamaqla məşhur idi. Futbolçuları fərqləndirən nömrələr köynəylərdə çap olunmamışdı. 1874-cü ildə Qlazqoda keçirilmiş Kuniz Park-Uonderers oynunda oyunçuları bir-birindən ya kepkalarından, yada corablarından seçirdilər. İlk ayaq qoruyucunu Notingem Forestin oyunçusu Sem Ueller Uidausen geyinmişdir, o, bu qoruyucuları kriketdə isitifadə edilən ayaq qoruyucunu sındıraraq düzəltdi və ayağına taxaraq, corabın üstünə saldı. Əvvəlcə bu konsepsiya lağa qoyuldu, amma tezliklə başqa futbolçular da başladılar ondan istifadə etməyə. Vaxt keçdikcə oyunçular bu qoruyucuları taxıb, üstünü corabla örtdülər.
Futbol imkanlı həvəskarların hobbisindən uzaqlaşıb peşəkarların oynadıqları oyuna çeviriləndə, geyim dəstləri də müvafiq olaraq dəyişdi. Artıq oyunçular yox, klubların özləri oyun ləvazimatlarını təmin edirdi. Çaşqınlığa yol verilməsin deyə İngiltərə futbol liqası qərar qəbul etdi ki, eyni rəngdə olan komandalar qeydiyyatdan keçə bilməz. Bu qərar sonra ləğv olundu, amma bir şərtlə ki, klubun ikinci "qonaq" forması da olmalıdı. Rəng toqquşması olunca əvvəlcə "ev" komandası formasını dəyişməli idi, 1921-ci ildən sonra isə əksinə "qonaq" komanda ikinci geyimi ilə oyuna çıxmalı oldu.
Xüsusi butslar gündəlik ayaqqabı və ya iş çəkmələrini futbolun "peşəkar" dövründə əvəz etdi. Bu dövrün butsları dolğun dəridən tikilirdi, sərt ayaq altısı var idi və oyunçunun topuğundan yüksəkdə idi.
XX əsrin əvvəllərində Oyun Avropaya və onun hüdudlarından kənarda yayılmağa başlayanda, yeni klublar geyim dəstini Birləşmiş Krallığın formalarına bənzər və ya bilavasitə onlardan ruhlanaraq seçirdilər. 1903-cü ildə Yuventus Nots Kaunti klubundan ruhlanaraq, ağ-qara zolaqlı geyimdə oynamağa qərara gəlmişdi. İki ildən sonra Argentinanın Atletiko İndependiyente komandası Notinqem Forestin oynuna baxaraq, klubun rənglərini qırmızı seçdi.
thumb|20-ci əsrin əvvəllərində şortlar daha qısa oldu və qapıçılar fərqli rəngdə köynəy geyinirdilər (1910-cu il- İnter klubu)