Şeyx Şamil (avar. Имам Шамиль; ) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı.А. М. Халилов. Национально-освободительное движение горцев Северного Кавказа под предводительством Шамиля. Дагучпедгиз, 1991.В. В. Дегоев. Имам Шамиль: пророк, властитель, воин. Русская панорама, 2001. Milliyyətcə — Avardır. Большая энциклопедия: Словарь общедоступных сведений по всем отраслям знания. / Под ред. С. Н. Южакова. В 20-ти томах. — СПб.: Изд-во т-ва "Просвещение". Том 1. — С. 37Шейх Назир ибн Хаджимухаммад ад-Дургели ад-Дагистани. Биография Имама Шамиля
İlk illəri
Milli mənsubiyyəti Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş". Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər.
Mənəvi formalaşması Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi. Dağlı xalqların inamına görə bu cür hallarda uşağın adını dəyişmək lazım gəlirdi. Qərara gəldilər ki ona dayısının şərəfinə "Şamil" adı qoysunlar. Kiçik Şamil düzəlməyə başladı və daha sonra öz gücü ilə hamını heyrətə salan qüvvətli bir gənc oldu.
Uşaqlıqda diribaş xarakterinə və cəldliyinə görə yaşıdlarından fərqlənirdi; dəcəl idi, amma onun hansısa dəcəlliyindən bir kimsə ziyan görməmişdi. Gimri ağsaqqalları söyləyirdilər ki, Şamil gəncliyində qaşqabaqlı görünüşü, iradəsi, maraq dairəsi, qüruru və rəhbərlik etməyi xoşlaması ilə başqalarından fərqlənirdi. Şamil gimnastika ilə məşğul olmağı çox xoşlayırdı. O, qeyri-adi dərəcədə güclü və cəsarətli oldu. Qaçmaqda heç kim ona çata bilmirdi. Eləcə də qılıncoynatma ilə məşğul idi, qılınc, xəncər onun əlindən düşmürdü. Yayda və qışda, hər cür havada o ayaqyalın və yaxası açıq gəzirdi. Şamilin ilk müəllimi, əslən Gimridən olan uşaqlıq dostu Qazi Məhəmməd (1795–1832) oldu. Müəllim və tələbə daima birlikdə idilər. Şamil daha ciddi təhsilini on iki yaşı olarkən Unsuqulda Camaləddin Qazıqumuxludan almağa başladı. İyirmi yaşında o, qrammatika, məntiq, ritorika, ərəb dili kursunu bitirdi, ali fəlsəfə və hüquq kursunu öyrənməyə keçdi.
İmam Şamil
Rusiya imperiyası ilə müharibə
right|thumb|250px|Dağıstanın xəritəsi – Yermolov dövrü, 1818–1826-cı illər.
Əsirliyi və ölümü right|thumb|300px|, 1863. "Əsir düşmüş Şamil baş komandan kinyaz A. İ. Baryatinskinin qarşısında – 5 avqust 1859-cu il". Maxaçqala, Dağıstan təsviri-incəsənət muzeyi.
XIX əsrin 40-cı illərində Şamil rus qoşunları üzərində ardıcıl olaraq möhtəşəm qələbələr qazanırdı. Amma ki əsrin 50-ci illərində onun hərəkatı zəiflədi. Kırım müharibəsi ərəfəsində – 1853–1856-cı illərdə, Şamil Böyük Britaniya və Türkiyənin köməyi hesabına öz fəaliyyətini aktivləşdirə bilsə də, uğur qazana bilmədi.
1856-cı ildə Paris sülh müqaviləsinin bağlanması nəticəsində Rusiya Şamilə qarşı böyük qüvvə yeritmək imkanı qazandı: Qafqaz korpusu orduya çevrildi (200 min nəfərədək). Yeni baş komandan — general (1854–1856) və general Aleksandr Baryatinski (1856–1860) imamlıq ətrafındakı blokada dairəsini daraltmağı davam etdirdilər. 1859-cu ilin aprelində Şamilin paytaxtı — Veden, rusların əlinə keçdi. İyunun ortalarında isə ruslar Çeçenistan ərazisindəki son müqavimət ocaqlarını da zərərsizləşdirə bildilər. Çeçenistanın qəti olaraq Rusiyaya birləşdirilməsindən sonra müharibə adıgeylərə (çərkəzlərə) qarşı hələ beş il davam etdi. Şamil müridləri ilə Dağıstanın Qunib auluna qaçdı.
6 sentyabr (25 avqust) 1859-cu ildə Şamil 400 müqavimətçi ilə birlikdə Qunibdə mühasirəyə alındı və 7 sentyabrda (26 avqustda) fəxri şərtlərinin qəbul edilməsi müqabilində özünü təslim etdi (bax: .
Şamil ilə imperator II Aleksandrın ilk görüşməsi 15 sentyabrda baş tutdu. 22 sentyabrda Şamil Moskvaya daxil oldu, növbəti gün general Yermolovla görüşdü. 26 sentyabrda — Sankt-Peterburqda idi. Üç gündən sonra imperatriçə təqdim edildi. Peterburqda imperator II Aleksandr tərəfindən qəbul edilməsindən sonra, yaşayış yeri olaraq Kaluqa təyin olunmuşdu. Hansı ki 10 oktyabrda özü, 5 yanvar 1860-cı il tarixində isə ailəsi orada yerləşdi. Onun yanında olmaq üçün ərəb dilini bilən general Boquslavsko təyin olunmuşdu. Коран как объект изучения. — Саарбрюккен: LAP LAMBERT Academic Publishing. — 2014. — С. 54. — ISBN 978-3-659-51259-9. 28 aprel — 1 may arasında Şamil keçmiş naibi Məhəmməd Əminlə görüşdü. Məhəmməd Əmin Türkiyəyə gedərkən, yolüstü Kaluqada dayanmışdı.
29 iyul 1861-ci il tarixində Çarskoye Seloda Şamilin imperatorla ikinci görüşü oldu. Şamil II Aleksandrdan həccə getmək üçün icazə istədi, amma rədd cavabı aldı.
26 avqust 1866-cı il tatixində Kaluqa quberniya dvoryan yığıncağının parad zalında Şamil oğlanları Qazı Məhəmməd və Məhəmməd Şapi ilə birlikdə Rusiyaya sədaqət andı içdilər. Elə həmin il Şamil şahzadə III Aleksandrın toy mərasimində qonaq kimi iştirak etdi. Həmin vaxt imperator ilə üçüncü görüşü baş tutdu. 30 avqust 1869-cu il tarixdə imperator fərmanı ilə Şamilə irsi dvoryan (zadəgan) rütbəsi verildi. 1868-ci ildə, Şamilin artıq gənc olmadığını və Kaluqanın iqliminin onun sağlamlığı üçün zərərli olduğunu nəzərə alan imperator, onun üçün daha uyğun yer seçməyi qərara aldı və Şamilin yeni yaşayış yeri Kiyev oldu. Şamil ora həmin ilin noyabr-dekabr aylarında yerləşdi.
16 fevral 1869-cu il tarixdə II Aleksandr ona Məkkəyə ziyarətə getmək icazəsi verdi. 12 mayda Şamil ailəvi olaraq Kiyevdən çıxdı. 19 mayda İstanbula yetişdi. 16 noyabrda — Süveyş kanalında açıq səyahətdə iştirak etdi. 20 noyabrda Məkkəyə daxil oldu. 1870-ci il martın axırlarında — həcc ziyarətinin başa çatmasından sonra, Şamil Mədinədə yaşamağa başladı və 16 (4) fevral 1871-ci il tarixdə elə orada vəfat etdi.М. Д. Гогитидзе, Военная элита Кавказа II, Генералы и адмиралы народов Северного кавказа , изд. "Меридиани", Тб., 2011, ст. 108 — ISBN 978-9941-0-3391-9 Mədinədəki Bəqi qəbiristanlığında (indiki Səudiyyə Ərəbistanı) dəfn edildi.
Ailəsi right|thumb|İmam Şamil (oturub) oğulları (ayaq üstə) ilə Şamilin atasının ölümündən sonra Şamilin anası Denqav Məhəmmədə ərə getmişdir. Bu nikahdan isə Fatimat adlı qız doğulur, hansı ki əvvəlcə Məhəmmədə ərə getmiş, sonra isə qimrili Xamulatın arvadı olub. Qimrili Xamulat 1845-ci ildə köhnə Darqonun ruslar tərəfindən tutulduğu vaxt həlak olmuşdur. Fatimat isə 1839-cu ildə rusların Axulqo qalasını tutması zamanı, ələ keçməmək üçün Koysu çayına atılaraq çayda boğulmuşdur. Fatimatın Mesed adlı bir qızı qalmışdı, hansı ki iki dəfə Əli-Məhəmmədə ərə getmişdir; birinci ərindən Həmzət bəy adlı oğlu var idi. Həmzət bəy 1837-ci ildə Rusiyaya amanat olaraq göndərilmiş, 1855-ci ildə əsirlərin dəyişdirilməsi zamanı geri qaytarılmışdır.
Şamilin beş arvadı var idi. Onlardan biri Zahidat (1829–1871), qazıqumuxlu Camaləddinin qızı idi. Digəri, Şuaynat (1824–1876), erməni mənşəli Anna İvanovna Uluxanovanın doğduğu qız idi; 1840-cı ildə Axberdil Məhəmmədin Mozdoka hücumu zamanı əsir götürülmüşdü.
Oğulları Şamilin böyük oğlu Camaləddin (1829–1858) — on yaşında olarkən Axul kəndinin mühasirəsi zamanı ruslara amanat verilmişdir. Sankt-Peterburqda dvoryan uşaqları ilə birlikdə 1-ci kadet korpusunda təhsil almışdır. Ona ənənəvi dağlı paltarı geyməyə icazə verilmişdir. 1854-cü ildə İmam Şamil əsir götürdüyü knyaginaların – Çavçavadzenin və Orbelianinin böyük oğlu ilə dəyişdirilməsini təklif etdi. Camaləddin geri qayıtsa da, çox yaşamadı, 1858-ci ildə Andi aulunda vərəm xəstəliyindən vəfat etdi.
İmam Şamilin ikinci oğlu Qazı Məhəmməd (1833–1902) idi — altı yaşında Axul aulunun bir hissəsinin ruslar tərəfindən mühasirəsi zamanında ayağından yaralanmışdı. 1850-ci ildə Karatın naibi təyin edilmiş və orada hamının hörmətini qazanmışdır. Onun ən böyük hərbi uğuru isə Gürcüstana hücumu oldu; bu əməliyyat zamanı Çavçavadze knyazlarını məhv etmişdir. 1855-ci ilin mayında sultan I Əbdülməcid Qazı Məhəmmədə xidmətləri müqabilində yaşıl bayraq və qızıl suyuna çəkilmiş, almazlarla bəzədilmiş gümüş orden göndərmişdir. Bundan başqa, ona paşa rütbəsi də verilmişdir. 1859-cu ilin yazında Qazı Məhəmməd imamatın paytaxtı olan Vedeno aulunun müdafiəsinə rəhbərlik etmişdir. Aulun uzunmüddətli mühasirəsindən sonra ruslar aulu ələ keçirdilər, Qazı Məhəmməd isə naibləri ilə birlikdə Dağıstana üz tutdu. 1859-cu ilin avqustunda Qazı Məhəmməd atası ilə birlikdə Qunibdə idi. O özünün kiçik qardaşı Məhəmməd Şapi ilə müdafiəni gücləndirməyə çalışırdı. Qunibin ruslara təhvil verilməsindən sonra rus çarının göstərişi ilə, Şamil, Qazı məhəmməd və üç müridi Sankt-Peterburqa aparılmalı idi, daha sonra onların yaşaması üçün Kaluqa seçildi. Atasının ölümündən sonra çox çətinliklə Türkiyəyə və Ərəbistana getmək üçün icazə aldı. Türkiyədə hərbi xidmətə qatıldı, Rusiya-Osmanlı müharibəsi (1877-1878) türk diviziyasına komandanlıq etmiş, Bəyazidin mühasirəsində iştirak etmiş və marşal rütbəsi almışdırt. 1902-ci ildə Mədinədə vəfat etmiş və atasının qəbrinin yanında dəfn edilmişdir.
İmam Şamilin üçüncü oğlu Səid — uşaq yaşında, Axul auluna rus ordusunun hücumu zamanı anası Cavqarat ilə birlikdə həlak olmuşdur.
Dördüncü oğlu Məhəmməd Şapi (1840–1906)də Qunib aulunun süqutundan sonra Sankt-Peterburqa aparılmış, sonra isə Kaluqaya göndərilmişdir. Rus ordusunda hərbi xidmət etmək istəmiş və 8 aprel 1861-ci ildə imperatorun mühafizəsi təyinatlı xüsusi Qafqaz eskadronunda leyb-qvardiya korneti olmuşdur. Məhəmməd Şapinin birinci arvadından uşağı olmamışdır. Tezliklə, o ikinci arvad alır. Onun adı Cariyat olan ikinci arvadı da dağlı idi və həmin arvaddan Məhəmməd Şapinin Məhəmməd Zaqid adlı oğlu doğulmuşdur. 25 yaşlı Məhəmməd Şapi üç il hərbi xidmət eməmiş poruçik rütbəsi alır, bundan iki il sonra isə ştabs-rotomisr our. Üç ildən sonra hərbi xidməti ilə bağlı olaraq Rusiya xaricinə ezam edilir. Ezamiyyət dövründə o, Freansada, İngiltərədə, Almaniyada, Türkiyədə və İtaliyada olur. Rusiyaya qayıtdıqda isə o, 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilir və Qafqaz eskadronununa gənc dağlıların cəlb cəlb edilməsi üçün Qafqaza ezam olunur. Tezliklə, qüsursuz xidmətinə görə rotmistr rütbəsi alır və çar mühafizə xidmətinin dağlı bölüyünün komandiri təyin edilir. 1873-cü ildə isə "2-ci dərəcəli Müqəddəs Stanislav ordeni" ilə təltif olunur. 37 yaşı bitməmiş polkovnik rütbəsi alır. Rus-türk müharibəsi illərində o, döyüşə getmək istəsə də, istəyi çar tərəfindən rədd edilir. 1885-ci ildə general-mayor rütbəsi alır. 45 yaşında üçüncü dəfə 18 yaşlı qızla evlənir. Qızın atası tacir idi və qızına cehiz olaraq Kazanda ikimərtəbəli ev vermişdir. Məhəmməd Şapi ömrünün sonuna qədər həmin evdə yaşamış və 1902-ci ildə Kislovodskda müalicədə olarkən vəfat etmişdir. Sonuncu nikahdan onun iki qızı var idi. Hər ikisi növbə ilə ictimai xadim Məhəmməd Əli Daxadayevin, hansı ki Maxaçkala şəhəri onun şərəfinə adlanır, onun arvadı olmuşdur.
İmam Şamilin kiçik oğlu Məhəmməd Kamil (1863–1951) haqqında isə məlumat azdır. O, Kaluqada anadan olmuşdur. Onun anası qazıqumuxlu Camaləddinin qızı Zahidət idi. Ömrünün çox hissəsini Türkiyə və ərəbistanda keçirmişdir. Nəbihə Şamil ilə evlənmişdir. Stanbulda dəfn olunub. Dağlılar Respublikasının tanınmış xadimi Said bəy Şamilin atasıdır. Said bəydən başqa Məhəmməd Kamilin Nəciyyə və Nəcavat adlarında iki qızı da var idi. Amma nə Səid bəyin, nə də onun bacılarının uşaqları olmamışdır.
Şamilin nəticəsi Nazim Hənəfi Məhəmməd Efiopiya vətəndaşıdır."Известия" (2003 г.) Şamilin nəticəsi Məryət Əsgərova(1927–2003) Azərbaycan vətəndaşı idi.
Xatirəsi
Həyatı