Nəcəfqulu xan Şahbaz bəy oğlu Dünbili () — Təbriz hakimi.
Həyatı Nəcəfqulu xan Şahbaz bəy oğlu Xoy vilayətinin Qotur mahalında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Xoy xanlığının sərkərdəsi idi.
Fətəli xan Avşar 1757-ci ildə Azərbaycana qayıtdıqdan sonra ölkənin vəziyyətini nizama salmaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, xəyanət edib onu tərk edən Azad xan Əfqanın yerinə Nəcəfqulu xan Dünbilini öz qoşununa sərdar təyin etdiƏbdürrəzzaq Dünbili, Təcrübət-ül əhrar və təsliyyət-ül-əbrar, səh. 31. Bundan əlavə, Təbrizin idarə edilməsi işini yenə də ona tapşırdı.
Nəcəfqulu xan Dünbüli 1784-cü ildə vəfat edib.
Ailəsi Nəcəfqulu xanın Fəzləli bəy, Xudadad xan, İbrahim xan, Cahangir xan, Məhəmməd xan, Əli xan və Əbdürrəzzaq bəy adlı oğlanları vardı.
Mənbə Ənvər Çingizoğlu, Təbriz xanlığı, Bakı: Mütərcim, 2015. Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh. ISBN 978-9952-28-223-8
Həmçinin bax Dünbililər Təbriz xanlığı
İstinadlar
Kateqoriya:Təbriz xanları Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Dünbililər