Peçora dənizi — () Şimal Buzlu Okeanında, Barens dənizinin cənub-şərqində, Rusiya Federasiyasının şimal-qərbində yerləşən dənizdir. Dənizi qərbdən Kolquev adası, şərqdən Vayqaç adası və Yuqorski yarımadsı, şimaldan isə Yeni Torpaq adası əhatə etmişdir. Peçora dənizi dayaz dənizlərə aiddir və onun orta dərinliyi 6 metr, ən dərin yeri isə 210 m-dir. Dənizdə sahilə yaxın yerləşən adalar vardır ki, bunlardan da ən böyüyü Dolqıy adasıdır. Peçora dənizi noyabr ayından iyun ayına qədər üzən buzlarla örtülü olur. Dənizə axan ən böyük çay Peçora çayıdır.
Tarixi Peçora dənizinin adlandırılması hələ Barens dənizi belə adlandırılmazdan əvvəl olmuşdur. Barens dənizinin qalan hissəsi əvvələr Murmansk dənizi adlanırdı.
İqlimi Peçora dənizinin ətraf mühit xüsusiyyətləri yüksək coğrafi enliklərdə yerləşən digər Arktik dənizləri kimidir. Ən soyuq ay olan mart ayının orta tempraturu Kolquev adasında -4 °C , cənub-şərq hissəsində isə -7 °C-dir. Təbii sərvətləri Dənizdə zəngin neft yataqaları aşkar eddilmişdir.
Ekologiyası
İstinadlar
Mənbə Pechora Sea Environments: Past, Present, and Future Encyclopedia Britannica - Pechora Sea
Kateqoriya:Şimal Buzlu okeanın dənizləri Kateqoriya:Rusiya dənizləri Kateqoriya:Avropa dənizləri Kateqoriya:Barens dənizi