Karolinska İnstitutu () — İsveçin Solna şəhərində yerləşən ali təhsil müəssisəsi.
Tarixi Karolinska İnstitutu 1810-cu ildə İsveç Kralı XIII Çarlzın fərmanı ilə təsis edilmişdir. İnstitutun yaradılmasına ehtiyac, bu yaxınlarda başa çatan Finlandiya (Rus-İsveç) müharibəsi ilə şərtlənmiş və bu müharibə İsveç hərbi cərrahlarının kəskin çatışmazlığını ortaya qoymuşdur. Lakin, artıq 1811-ci ildə Karolinska İnstitutu yalnız cərrahları deyil, həm də ümumi praktikantları yetişdirmək üçün lisenziya almışdır. 1813-cü ildə ilk professorlardan biri olan Yöns Yakob Berzelius Karolinska İnstitutunda tədqiqat məktəbinin təməlini qoymuşdur. 1861-ci ildə institut akademik dərəcələr vermək hüququ əldə etmiş və beləliklə, universitet statusu qazanmışdır. 1895-ci ildə Alfred Nobelin vəsiyyətinə uyğun olaraq, Karolinska İnstitutu Fiziologiya və ya Tibb üzrə Nobel mükafatlarını vermək hüququnu əldə etmişdir. İnstitutun binası əvvəlcə Kunqşolmen adasında (Stokholmun qərbində) yerləşirdi, lakin əsas kampus daha sonra Stokholmun yaxınlığındakı Solna bələdiyyəsinə köçürülmüşdür. Başqa bir kampus 1972-ci ildə Stokholmun cənubunda, Flemingsberqdə (Huddinge Bələdiyyəsi) yaradılmışdır. Bu gün Solna və Huddinge şəhərlərində yerləşən Karolinska Universitet Xəstəxanaları universitetlə tədqiqat və təhsil müəssisəsi kimi əlaqəlidir. Birlikdə onlar akademik səhiyyə elmi mərkəzi təşkil edirlər. Bu, İsveçin ən böyük təlim və tədqiqat mərkəzlərindən biridir və ölkənin akademik tibbi tədqiqatlarının 40 faizini təşkil edir. Tibbi proqramların əksəriyyəti İsveç dilində tədris olunsa da, bəzi doktorantura layihələri ingilis dilində aparılır. İnstitut Avropa Elmi Universitetlər Liqasının üzvüdür.
Təhsil və elmi fəaliyyət 2015-ci il etibarilə Karolinska İnstitutunda təxminən 6000 bakalavr və magistr tələbəsi və 2071 doktorantura tələbəsi təhsil alır. Universitetin təlim proqramına 22 fakültə üzrə klinik proqramlar və müxtəlif tədqiqat kursları daxildir: Bioloji Elmlər və Qidalanma Hüceyrə və Molekulyar Biologiya Klinik Nevrologiya Klinik Elmlər və Təhsil (Söder Xəstəxanası) Klinik Elmlər (Danderyd Xəstəxanası) Klinik Elmlər və Texnologiya Stomatologiya Ətraf Mühit Təbabəti Laboratoriya Təbabəti İnformatika, İdarəetmə və Etika Biokimya və Biofizika Epidemiologiya və Biostatistika Tibb (Huddinge) Tibb (Solna) Mikrobiologiya, Onkologiya və Hüceyrə Biologiyası Molekulyar Təbabət və Cərrahiyyə Neyrobiologiya Nevrologiya Onkoloji Patologiya Fiziologiya və Farmakologiya İctimai Səhiyyə Mamalıq və Ginekologiya
Doktorantura proqramı 4 il davam edir, lakin iki ildən sonra Lisenziya dərəcəsi verilə bilər. Hər il təxminən 350 doktorant qəbul olunur. Tədqiqat işləri əksər müəllim heyəti üçün məcburidir. İnstitut geniş şəkildə beynəlxalq mübadilə proqramları təklif edir. Beynəlxalq tələbələrin qəbulu üçün Avropa Kredit Transfer Sistemindən istifadə olunur.
Reytinq QS Dünya Universitetlərinin Reytinqləri (QS World University Rankings) hər il həyat elmləri və tibb sahələrində Karolinska İnstitutunun reytinqlərini dərc edir.
İl İsveçrədə Avropada Dünyada 2013—2014 1 3 10 2014—2015 1 3 8 2015—2016 1 3 9
+ "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 39464548535150424442444748 + "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11284436423243
Tanınmış məzunlar və müəllim heyəti Berzelius, Jöns Jacob (1779–1848) — İsveç kimyaçısı və mineralogu, Karolinska İnstitutunun ilk professoru (1810–1832) Huss, Magnus — həkim, Karolinska İnstitutunun professoru, İsveç Kral və Danimarka Elmlər Akademiyalarının üzvü. Ernst Axel Henrik Kay (1832–1901) — həkim və patoloq, institutun rektoru (1886–1897) Herbert Olivekruna (1891–1980) — İsveç neyrocərrahiyyəsinin banisi və qlobal neyrocərrahiyyənin qabaqcıllarından biri Lars Leksell (1907–1986) — radiocərrahiyyənin banisi Sven İvar Seldinger (1921–1998) — intervension radioloq, boş orqanlar üçün Seldinger kateterizasiya metodunun ixtiraçısı Theorell, Axel Hugo Theodor (1903–1982) — İsveç biokimyaçısı. 1955-ci ildə oksidləşdirici fermentlərin təbiəti və təsir mexanizmi ilə bağlı kəşflərinə görə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı almışdır. Tigerstedt, Robert (1853-1923) — İsveç-Finlandiya fizioloqu. Euler, Ulf fon (1905-1983) — İsveç fizioloqu və farmakoloqu, sinir uclarında humoral ötürücülər və onların saxlanması, buraxılması və inaktivləşdirilməsi mexanizmləri ilə bağlı kəşflərinə görə 1970-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatı. Bergström, Sune (1916-2004) — İsveç biokimyaçısı. Prostaglandinlər və əlaqəli bioloji aktiv maddələrlə bağlı kəşflərinə görə 1982-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı almışdır. Maqnus Qustav Retzius (1842-1919) — İsveç fizioloqu, antropoloqu və histoloqu. Samuelsson, Bengt (1934) — İsveç biokimyaçısı. O, prostaglandinlər və əlaqəli bioloji aktiv maddələrlə bağlı kəşflərinə görə 1982-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb. Lindal, Tomas (1938) — biokimyaçı və xərçəng tədqiqatçısı. 2015-ci ildə DNT təmir mexanizmləri üzrə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Eva Klein (1925-ci il təvəllüdlü) — macar-isveç immunoloqu, təbii qatil hüceyrələrin qabaqcıllarından biri kimi tanınır. Eynhorn, Jerzy (1925–2000) — İsveç alimi, həkimi və siyasətçisi.
Fotoqalereya
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsveç universitetləri Kateqoriya:1810-cu ildə yarananlar