Alman səlib yürüşü, həmçinin Reynland qırğınlarıSources describing these attacks as the "Rhineland massacres" include: David Nirenberg, The Rhineland Massacres of Jews in the First Crusade, Memories Medieval and Modern, in Medieval Concepts of the Past: Ritual, Memory, Historiography, 279–310 Robert Chazan, In the Year 1096: The First Crusade and the Jews, 1996, Page 125, ISBN 082760632X Shlomo Eidelberg, The Jews and the Crusaders, 1996, Page 192, ISBN 0881255416 Christopher Tyerman, The Crusades, 2009, Page 99, ISBN 1402768915 Susan Shwartz, Cross and Crescent, 2002, Page 409, ISBN 0759212929 André Vauchez, Richard Barrie Dobson, Michael Lapidge, Encyclopedia of the Middle Ages, Volume 1, 2000, Page 1169, ISBN 1579582826 Paola Tartakoff, Between Christian and Jew: Conversion and Inquisition in the Crown, 2012, Page 107, ISBN 0812244214 Israel W. Charny, The Widening Circle of Genocide, 1994, Page 64, ISBN 1560001720 Lawrence A. Hoffman, Beyond the Text: A Holistic Approach to Liturgy, 1989, Page 129, ISBN 0253205387 Stefan C. Reif, Judaism and Hebrew Prayer, 1995, Page 219, ISBN 0521483417 Jill N. Claster, Sacred Violence: The European Crusades to the Middle East, 1095–1396, 2009, Page 348 and 41, ISBN 1442600608 Monika Otter, Goscelin of St Bertin, 2012, Page 137, ISBN 1843842947 () — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır.
Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdirMedieval Concepts of the Past: Ritual, Memory, Historiography, page 279 Chapter 13, The Rhineland Massacres of Jews in the First Crusade, Memories Medieval and Modern, by David Nirenberg.
Tarixi Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir.
İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Lakin 1095-ci ildə papa II Urbanın Klermon məbədində etdiyi "Müqəddəs Torpaq" uğrunda nəinki müsəlmanları, eləcə də yəhudiləri qılıncdan keçirmək çağırışlarından sonra ehtiraslar yenidən qızışmağa başlayır.
XI əsrdə islamın böyük bir sürətlə yayılması, müsəlmanların Suriya, Fələstin və Anadoluya hakim olaraq yeni bir dövlət qurması xristian aləminin dini lideri papanı və xristianlığın hamisi hesab edilən Bizans imperatorunu ciddi narahat edirdi. Buna görə həm islamın yayılmasının qarşısını almaq, həm də sosial və iqtisadi cəhətdən böhran keçirən Avropanı bu vəziyyətdən qurtarmaq üçün Vatikan kilsəsi geniş fəaliyyətə başlayır. Bu məqsədlə 1095-ci ildə 18–28 noyabr tarixləri arasında Fransanın Klermon şəhərində Avropanın siyasi və dini başçılarının iştirakı ilə yığıncaq keçirilir. Klermon yığıncağında minlərlə cəngavər, yüksəkrütbəli dini şəxslər, sadə camaat iştirak edirdi. Nümayəndələrin çoxluğu səbəbindən yığıncaq şəhər ətrafındakı düzənlikdə keçirilir. Bəzi mənbələrə görə yığıncaqda 200 nəfərdən çox yepiskop və 400 abbat iştirak edirdi. Klermon yığıncağı barədə əsasən Fulxeriyen Şartrski, Nojanlı Qvibertom kimi səlnaməçilərinin əsərlərində məlumat verilir. Yığıncaqda Papa II Urban çıxış edir və xristianları Aralıq dənizi sahillərinə qədər gəlib çatmış türklərə qarşı mübarizəyə çağırır. Xronist Reymsli Robertin "Yerusəlim tarixi" əsərində deyilir;
Mənbələrdə verildiyi kimi Papa II Urban çıxışında Həzrəti İsanın doğum yeri olan Qüdsün müsəlmanlar tərəfindən təhqir edildiyini, Qüdsə gedən xristian ziyarətçilərinin zülm və işgəncəyə məruz qaldığını bildirir, bu müqəddəs bölgəni müsəlmanların əsarətindən qurtarmaq üçün bütün xristianları din uğrunda müharibəyə çağırırdı. Bu çagırışa səs verənlər təsdiqləyərək;
İstinadlar
Kateqoriya:1096-cı ildəki hadisələr Kateqoriya:Almaniyada yəhudi tarixi Kateqoriya:Kütləvi intiharlar Kateqoriya:Almaniyada antisemitizm