thumb La-Sota vağzalına qatarın gəlməsi () — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır.

Süjet Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu.

İstehsal Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı.

Reaksiya Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır. Belə əhvalatlar söylənir ki, film ilk dəfə nümayiş etdirilən zaman, tamaşaçılara elə gəldi ki, təbii-ölçülü qatar düz onların üstünə gəlir və buna görə də onlar qışqıraraq, otağın arxa tərəfinə qaçdılar. Alman Der Spiegel xəbərlər jurnalında Helmut Karasek bu film haqqında yazmışdı: Düzdür, bəzi film elmi işçiləri bu hadisənin doğruluğuna şübhə edirdi. Tarixçi Martin Lioperdinqer öz oçerkində yazırdı: "Lümyerlərin Qatarın Gəlməsi: Kinonun Əsas Əsatiri."The Moving Image: Volume 4, Number 1, Spring 2004, səh. 89-118 Bu filmdə bu hadisələr faktiki olaraq baş verib ya yox ancaq, şübhəsiz ki, hərəkət edən şəkillərin yaratdığı son dərəcə realist illüziyalar belə hallara adət etməmiş insanları təəccübləndirib.

Faktlar Film 1895-ci ildə çəkilib və ilk dəfə 1896-ci il yanvarın 6-də böyük auditoriya qarşısında nümayiş etdirilmişdir. Film həmçinin 2011-ci ildə Hüqo filmində təsvir edilmişdir. Bu filmdən olan fraqmentlər sovet filmində də yer alıb. Rus yazıçısı Maksim Qorki, "Kölgələr Səltənəti" adlı məşhur oçerkində bu tarixi məqamı belə təsvir edir:

İstinadlar

Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Lümyer qardaşlarının filmləri Kateqoriya:Kino tarixi Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Fransa sənədli filmləri Kateqoriya:Dəmiryol nəqliyyatı haqqında filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:1895-ci ilin filmləri Kateqoriya:1896-cı ilin filmləri Kateqoriya:Qısametrajlı filmlər Kateqoriya:Səssiz filmlər