Siciliya boğazı ()- Afrikanın şimalında yerləşən Bon yarımadasını Siciliya adasından ayırır. Boğazın eni təqribi 160 km, dərinliyi 316 m təşkil edir. Aralıq dənizinın Şərq və Qərb hövzələrini birləşdirir. Dərinlikdə axınlar şərqdən qərbə, səthdə isə əksinədir. Bu hadisə Okeanologiya elmi ilə məşğul olan alimləri özünə cəlb edir. Bölgədə yerləşən Pantelleriya adası Afrikadan gələn miqrantları qəbul edir. Ada İtaliyanın ərazisidir. Gələn qaçqınların bir çoxu Avropaya çatmamış qayıq və ya gəmi qəzalarında həlak olur.
Mənbə Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:İtaliya boğazları Kateqoriya:Afrika boğazları Kateqoriya:Aralıq dənizinin boğazları Kateqoriya:Siciliya coğrafiyası