İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə (həmçinin İvan Qroznı öz oğlunu öldürür adı ilə də tanınır () - rus rəssamı İlya Repinin 1883-1885-ci illərdə çəkdiyi rəsm əsəridir.. Əsərdə İvan Qroznının həyatından ən əfsanəvi epizodu təsvir edilib; qəzəb tutmasında olan çar öz oğluna, yəni şahzadə İvana öldürücü zərbə vurur (bu hadisənin tarixi əsası indiyə kimi tam olaraq qəbul edilməyib). Qroznının üz cizgilərində olan peşmançılıq iztirabı və göz yaşları içərisində dərddən ağlını itirmiş atasını bağışlayan mülayim şahzadə rəsm əsərində çox aydın və ekspressiv formada göstərilir. Əsər, Moskvanın Dövlət Tretyakov qalereyasının toplusunda saxlanılır.

Tarixi Hadisə və onun səbəbləri

3 iyul 1583 və yaxud 16 noyabr 1581-ci ildə (bəzi tarixçilər güman edirlər ki, hadisə 1581-ci ilin noyabrında baş verib, digər tədqiqatçılar 1582-ci ilin noyabr ayına istinad edirlər) Çar palatalarında bu vaxta qədər Avropanın heç bir hakim sülaləsi arasında görünməyən XVI əsrin ən müəmmalı qətl hadisəsi baş verir. İvan Qroznı emosiyalarını cilovlaya bilməyərək, var gücü ilə öz əsasını oğlu çareviç İvanın gicgahına vurur. Zərbə güclü və dəqiq idi - yazıq şahzadə yerindəcə dünyasını dəyişir. Deyilənlərə görə, İvan Qroznı baş verənlər barədə çox həyəcan keçirirdi, axı bu onun böyük və ən sevimli oğlu idi. İkinci oğlu ölkəni idarə etmək üçün elə əvvəlcədən hazır deyildi. Yeri gəlmişkən, ötən bu andan yəni 450 ildən artıq bir müddət ərzində, hadisə barədə bir neçə maraqlı versiya yaranmışdı.

Birinci versiya. Siyasətlə bağlı. Şahzadə Livoniya müharibəsi zamanı aparılan hərbi əməliyyatlar ilə bağlı öz narazılığını bildirdiyinə görə əl çubuğu ilə gicgahına zərbə almışdıstudentshelp.de: Referat Iwan der Schreckliche , abgerufen 3. Juni 2012. Livoniya ordeni ilə müharibə 1561-ci ildə başlanmış və 1583-cü ildə başa çatmışdı. İki dövlət arasında yaranmış bu sülh, sonra məlum olduğu kimi, Rusiyanın ərazi itkiləri ilə nəticələndi (İvanqorod, Yam və Koporye şəhərləri İsveç krallığının ərazisinə keçmişdi). Ola bilər ki, şahzadənin konkret olaraq bu savaş və ərazi itkisi barədə dediyi hansısa bir söz, onun qüdrətli atasını lap azğınlaşdırdı. Bu ehtimalı istisna etmək olmaz. Məsələ ondadır ki, may ayında tarixə Plüss müqaviləsi kimi daxil olmuş danışıqların birinci mərhələsi keçirilmişdi. Bunun nəticəsində, iki ay müddətinə (iyun-iyul) barışıq imzalanmışdı. Avqust ayında danışıqların ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulurdu, buna qədər isə Rusiya düşmənçilik edən tərəfə hansı ərazilərin verilməsi barədə dəqiq seçim etməli idi (həmin dövrdə İsveç öz şərtlərini hər kəsə diktə edirdi). Çox güman ki, bunları bilən şahzadədə rus xalqı və vətəni üçün qürur hissi və düşman skandivlara bir qarış torpağı verməmək istəyi yaranmışdı. Üstəlik, bir il əvvəl Rusiya qonşu Polşa krallığı ilə rüsvayçı sülh müqaviləsini imzalayaraq, öz tərəfindən Livoniya ərazilərinə olan bütün hüquqlardan imtina etmişdi. Gələcək varisin bu cür inadcıllığı İvan Qroznını özündən çıxarır. Oğul İvan, atasına olan sədaqətini israrla təkrar edir, lakin müharibə ilə əlaqədar olaraq, Pskov şəhərinin azad edilməsinin ən əsas məqsəd olduğunu bildirir. Oğlunun bu mövqeyinə acıqlanan ata İvan, əsası ilə oğlunun başına vurur. Hadisəyə şahid olan baş nazir Boris Qodunov, araya girməyə çalışmış və özü də çardan bir zərbə almışdı. Bütün bunlar tarixçilər tərəfindən fərziyyə kimi qəbul olunur və bu versiyanın həqiqətən də baş verməsi yalnız şahzadənin 1583-cü ilə qədər sağ-salamat yaşaması təqdirində mümkün ola bilərdi.

İkinci versiya. Məişətlə bağlı. Necə deyərlər, ot kökü üstə bitər. Çar İoann Vasilyeviç yalnız rəsmi nikahla azı yeddi dəfə evli idi. Gənc şahzadə də atasından geri qalmamağa çalışırdı. Onun birinci həyat yoldaşı Daburovun qızı Yevdokiya Boqdanova idi ki, uğursuz nigahdan sonra saçları kəsilərək monastıra yerləşdirilmişdi, ikinci həyat yoldaşı isə, Solovovun qızı Feodosiya idi ki, onun da taleyi oxşar olmuşdu. 1583-cü ildə isə o, Şeremetyevlərin kiçik qızı Yelena ilə evlənir. Deyilənlərə görə, bir gün səhər çar şahzadə İvanın arvadı ilə sarayda qarşılaşır və onun xarici görünüşünü görüb çox gəzəblənir. Hamilə Yelenanın beli kəmərlə bağlanmamışdı, ərli qadının yaxasıaçıq gəzməsi çar sarayında yaraşılmaz bir hərəkət idiЖенская одежда того времени обычно состояла из двух сорочек: нижней (рубашка) и верхней (платье), и телогреи. Верхняя сорочка (платье) была одеждой чисто домашней, показаться в ней перед посторонними людьми, особенно перед мужчинами, считалось очень неприличным. См.: Забелин И. Домашний быт русских цариц. М., 1901, с. 515—516.. Bu biabırçılığı görən İvan Qroznı, gəlinə bir neçə möhkəm şillə vurdu. Zərbədən Yelena yerə yıxılır və artıq növbəti gecə o öz uşağını itirir. Oğul, çox güman ki, həyat yoldaşını müdafiə edən zaman gicgaha zərbə alır. İtaliyalı tarixçi Antonio Possevino özünün "Rusiya haqqında tarixi əsərlər" kitabında bu hadisə barədə bunları yazmışdı:

Üçüncü versiya. Sevgi ilə bağlı. İvan Qroznı qadın cinsinə çox həvəsli idi və hər bir gözəl qadını görən zaman, onda şəhvət hissləri oyanırdı. Bir dəfə o, palataların birində Yelena ilə qarşılaşır. Öz hisslərinə hakim ola bilməyən çar, qızı həm onunla, həm də oğlu ilə birgə yaşamaya və cinsi əlaqədə olmağa məcbur etmək istəyir. Çarın daha sonralar snoxaç olması dəqiqi məlum deyil ("Snoxaç" - Rusiyada qadını öz oğlu ilə bölüşən qayınatalara verilən addır). Gənc şahzadə qız ərinə şikayət edir və o atası ilə sərt çəkişmələri etməyə qərara alır. Bunun nəticəsi isə artıq məlumdur - şahzadə İvan ölür, onun həyat yoldaşı isə, bir müddət sonra ömürlük monastıra göndərilir.

Dördüncü versiya. Təkziblə bağlı. Çar İvan və oğlu İvandan sonrakı illərdə yaşamış bəzi tarixçilər tərəfindən ehtimal olunmuşdu ki, oğlun ata tərəfindən öldürülməsi gözəl bir rəvayətdən və yaxud düzinformasiyadan başqa bir şey deyil. Hətta öz sözlərinin təsdiqi kimi bu əfsanənin yazarının adını da qeyd edirlər - deyilənə görə, bu bir yezuit rahibi idi. O, Stefan Batoriyə rus çarının nə qədər qəddar və öz oğluna belə necə amansız bir şəxs olduğunu vurğulamaq üçün bu əhvalatı uydurmuşdu. Yeri gəlmişkən, məhz bu rahib guya Rusiya əhalisinin katolik dinini qəbul etməsi və hakimiyyətin bütünlüklə Roma Papasının nəzarəti altında keçməsi üçün çar ilə danışıqlar aparmışdı. İvan Qroznı bu təklifi rədd edir və buna cavab olaraq tərs rahibi Polşa hakimi qarşısında bədnam edir.

İvan İvanoviçin məzarlığı açılan zaman tapılmış kəllə sümüyü parçalanma üzündən çox pis vəziyyətdə idi. Bu səbəbdən də, İvan Qroznının və Fyodor İoannoviçin heykəltəraşlıq portretlərini yaradan antropoloq Mixail Gerasimov şahzadə İvanın kəlləsini rekonstruksiya edə bilməmişdirРусская линия / Библиотека периодической печати / Гробокопатели в Кремле. Часть 2rosvesty.ru/1897/culture/?id=3424 РОССИЙСКИЕ ВЕСТИ — федеральный еженедельник :: жены ивана грозного: жизнь и смерть первых русских цариц.

Əsərin yaradılması üçün zəmin

Qəhrəman problemi rus tarixi rəngkarlığında həmişə ən mühüm olub. Bununla belə, "qəhrəman" sözü ikili əhəmiyyət daşıyır: bir tərəfdən Qəhrəman - mənəvi dəyərləri özündə təcəssüm etdirən müsbət obrazdır, başqa tərəfdən isə, Qəhrəman - hansısa bir əsərin başlıca fəaliyyət göstərən şəxsidir. İvan Qroznının şəxsiyyəti rəssamları xüsusilə cəlb edirdi. Kimlər çar İvanın portretlərini bu günə qədər çəkməyib, kimlər onun keşməkeşli həyatının koloritli təfərrüatları araşdırmayıb! Hələ XIX əsrin 60-cı illərinin ortalarından başlayaraq, səyyarlar və akademik salonların iştirakçıları daim bu mövzu ilə rastlaşırdılar. Tanınmış sənətşünas N.M. Moleva hesab edir ki, А.К. Tolstoyun yazdığı dramatik trilogiyanın birinci hissəsi, rəssamlar arasında böyük ruh yüksəkliyinə səbəb olmuşdu. O qeyd edir ki, "onda ölən insanın əfsanəvi şəxsiyyəti bütün ehtirası və zəiflikləri ilə görmək cəhdi var. Ata, ər, qadın gözəlliyi və gəncliyinin daimi axtarışçısı, hətta dövlət işləri qarşısında belə daxili sakitlik tapa bilməyən bir insan məhz həmin anda aşkarlanır."

Özünün avtobioqrafik "Uzaq - yaxın" povestində () İlya Repin xatırlayır ki, şəkil barədə mülahizə və düşüncələr onda 1881-ci ilin mart hadisələri ilə əlaqədar yaranmışdı (burada xalqiradəçisi İ.İ. Qrinevetski tərəfindən partladılan bomba və onun qəlpələrindən qətlə yetirilən çar II Aleksandr nəzərdə tutulur). Günlərin birində, Nikolay Rimski-Korsakovun konsertindən qayıdarkən rəssamın ağlına "İvan Qroznı və oğlu İvan" əsərini yazmaq gəlir. Rəssam daha sonralar bunu bu cür izah etmişdi: "Onun musiqi trilogiyası və oradakı məhəbbət, hakimiyyət və qisas məndə elə böyük təəssürat hissi oyatmışdır ki, həmin musiqi gücünə bərabər bir rəsm əsərini təsvir etmək istəyi məndə durmadan çoxalırdı". Saray palatası "XVII əsr boyarının evi" muzeyinin otaqlarından biri əsasında hazırlanmışdır, çarın kreslosu, güzgü və çareviçin kaftanı Silah palatasında naturadan işlənmiş, sandığı isə rəssam Rumyantsev uzeyində tapmışdır. Xalça və çareviçin kaftanı rəssamın yaradıcılığı üçün nadir olan canlılıqla təsvir edilmişdir. İzləyici sanki xalçanın tüklülüyünü və ipəyin yumşaqlığını hiss edə bilir.

Mütəxəssislər artıq çoxdan müəyyən ediblər ki, şərq nağılının birinə əsaslanan N.A. Rimski-Korsakovun "Antar" simfonik süitası İ. Repini ən heyrətləndirən əsərlərdən biridir. Antar əsərinin bəstəkar tərəfindən "Qisas" adlandırılmış hissəsi rəssamın könlünü daha da silkələmişdi. Rəssamın xəyallarındakı əsərin konkret kompozisiyası dərhal yaranmayıbdır. Əvvəlcə kətan üzərində karandaşla çəkilmiş, bir qədər qeyri-müəyyən və qeyri-dəqiq ideyanı özündə birləşdirən sadə və ümumi eskiz mövcud idi (Görüləcək işlərin bütün miqyasını təsəvvür etmək və gələcək çalışmalar üçün, rəssam burada, ön planda İvan Qroznı və onun oğlunun eskizlərini yaratmışdı). Ancaq əvvəlcə burada səs küyə görə içəri daxil olmuş paytaxt boyarlarının və otağın küncündə gördüklərindən şoka düşmüş qadının eskizləri yaradılmışdır. İ.Repin özü bu işdən narazı idi və artıq sonrakı eskiz variantında boyarlar və qadın yox olur; axı onların tabloda olması o qədər də önəmli deyil. Əlbəttə, həqiqətdə zəhmli çarın qışqırıqları, qorxmuş saray əhlinin çaşqınlığı, əllərini tanrıya uzatmış ana və dayələr və "Yara dərindir. Ümid yoxdur, məgər ki, möcüzə olmazsa" deyən saray həkimi bütün bu hadisədə iştirak etmişdilər. Müasirlər gələcək hadisələri təxminən belə təsvir edirdilər, lakin bu elə məhz "sonrakı hadisələrdir". Və rəssama aydın oldu ki, tabloda yalnız çar və onun oğlunu təsvir etmək lazımdır.

Lakin onları necə təsvir etmək olar? Psixoloji cəhətdən İvan Qroznı və onun oğlu İvanın iştirak etdikləri həmin faciənin bütün dərinliyini necə daha doğru çatdırmaq olar?. Sırf insani faciəni və hakimiyyətdən sui-istifadə faciəsini necə aşkar etmək olar? Böyük əsərlər kiçik səylər bahasına yaradılmır. Böyük tablonu çəkmək fikrinə düşən rəssam, tarixi mühiti tədqiq etməyə başlayır.

Şahzadənin kaftanı və döşəmədəki xalça müstəsna gözəl ustalıqla çəkilib. Tamaşaçı sanki hiss olunan dərəcədə xalçanın xovluluğunu, əyindəki xalatın isə ipək kimi yumşaqlığını hiss edir. Öz məhvedilməz tələbkarlığı ilə, Repin artıq hazır olan və bir qədər əvvəl özünün belə xoşuna gəldiyi şəkil parçalarını beş-on dəfə amansızcasına məhv edir, ya da yenidən düzəldirdi. O, sonralar etdiyi əziyyəti xatırlayaraq bunları demişdi: