Ş-213 (; ) — İkinci dünya müharibəsində SSRİ tərəfindən Qara dənizdə istifadə edilən X tipli sualtı qayıq. Sualtı qayıq Ukrayna SSR-nın Mikolayev şəhərində hazırlanmış və 1938-ci ilin oktyabrında istifadəyə verilmişdir.

1942-ci ildə Ş-213 dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.

Gizli əmrlər Ş-213-ə verilən gizli əmrə görə sualtı qayıq Qara dənizdə nasistlərə potensial silah-sürsat və material daşıyan bütün tərəfsiz və düşmən gəmiləri vurmalı idi. 23 fevral 1942-ci ildə Bosfor boğazının şimal-qərbində Türkiyənin "MV Çankaya" gəmisini batırmışdır.

Struma faciəsi

12 dekabr 1941-ci ildə Rumıniyadan yola düşən və nasistlərin əlindən qaçan yəhudiləri aparan "Struma" gəmisi nasazlıq nəticəsində İstanbul yaxınlığında dayanmağa məcbur olmuşdur. Lakin Türkiyə hökumətinin tərəfsizliyinə görə gəmidəkilər sahilə çıxa bilməmişlər. 24 fevral 1942-ci ildə gəmi axıntıya düşmüş və Ş-213 tərəfindən vurulmuşdur. Hadisə nəticəsində 768 nəfər ölmüş, ancaq bir nəfər qurtula bilmişdir.

Batırdığı gəmilər Ş-213 2 mart 1942-ci ildə bir tacir gəmisini Bosfor boğazının şimal-şərqində vurmağa çalışmış, amma torpedo yan keçmişdir. Növbəti gün Bosfor boğazının şimal-şərqində bir Türkiyə gəmisi olan "Adana"nı vurmaq istəsə də, hədəfini qaçırmışdır.

1942-ci ilin 14 oktyabrında mina ilə toqquşaraq batmışdır.

+ Ş-213 tərəfindən batırılmış gəmilər Tarix Gəmi Bayraq Tonaj Qeydlər 23 fevral 1942 MV Çankaya 464 atəşlə 24 fevral 1942 Struma 169 torpedo iləCəmi:633

Tapılması 15 noyabr 2008-ci ildə 1 holland və 2 rumın dalğıc tərəfindən Konstant yaxınlığında sualtı qayığın qalıqları aşkarlanmışdır və eyniləşdirməsi 2010-cu ilin 23 avqustunda elan olunmuşdur.

İstinadlar

Kateqoriya:Sualtı qayıqlar Kateqoriya:İkinci Dünya müharibəsi