Musa Əbdürəhman oğlu Musayev () — baytarlıq elmləri doktoru, professor, akademik (1967), Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru.
Həyatı Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Şeyxülislam Axund Məhəmməd Pişnamazzadənin nəvəsidir.
Əsas elmi nailiyyətləri Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir. Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350 Xaricdə çıxmış elmi əsərlərin sayı: 150 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10
Əsas elmi əsərlərin adları SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində). Ev quşları koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri, 1977(rus dilində). Qunduzun parazitosenozu və xəstəlikləri, 1987 (rus dilində). Azərbaycan heyvanlar aləmi (I cild) Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa), 1995 (rus dilində). Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında kriptosporidlərin yayılması, 1996 (rus dilində). Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti (1976–1991) "Parazitologiya" jurnalının redaksiya heyətinin üzvü (1967-1988)
Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü
Təltif və mükafatlar Azərbaycan SSR Dövlət mükafatı laureatı - 1991; H.Əliyev adına "Ekologiya sahəsindəki nailiyyətlərə görə" medal və mükafat - 1996; AMEA-nın Fəxri Fərmanı - 2001; "Şöhrət" ordeni - 2001.
Mənbə Musa Əbdürəhman oğlu Musayev Əli Hüseynov, Məcnun Babayev. Məşhur biologiya alimləri. Bakı: Maarif, 2002, səh. 101.
İstinad
Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:Azərbaycanlı bioloqlar Kateqoriya:Baytarlar Kateqoriya:Azərbaycan parazitoloqları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri