Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; ) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra))
Həyatı Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.Azərbaycan Respublikası Xatirə Kitabı, II cild, Bakı: Respublika Xatirə Kitabı redaksiyası, 2000. səh.260
Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.
Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir.
Mükafatları Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar