"Avropada ilin muzeyi" müsabiqəsi () — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri.Qız Qalası "Muzeyin ictimai əhəmiyyətliyinin artırılması sahəsində əldə etdiyi mühüm nailiyyətlərə görə" nominasiyasında yer almışdır. icherisheher.gov.az
Tarixi Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir. Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.
Şərtləri Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.
Qalibləri İlMuzeyŞəhərÖlkə1977Ayronbric muzeyiAyronbric1978Raydt qalası muzeyiMünhenqladbax1979Kamarque muzeyiArles1980Katarine Konvent muzeyiUtrext1981Stokholm Musiqi MuzeyiStokholm1982Aland MuzeyiMariehamn
İstinadlar
Kateqoriya:1977-ci ildə yarananlar Kateqoriya:Müsabiqələr Kateqoriya:Avropa mədəniyyəti