Feyenoord stadionu — Niderlandın Rotterdam şəhərində yerləşən və Feyenoord klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion eyni zamanda de Kuip adı ilə də tanınır. Stadionun tikintisinə 1935-ci ildə başlanılıb, 1937-ci ildə isə açılışı olub. Stadionun oturacaq sayı 51,117 nəfərdir. Stadionda Feyenoord klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir.
Feyenoord stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının beşinə, o cümlədən turnirin final qarşılaşmasına ev sahibliyi edib. Bundan əlavə stadion müxtəlif dönəmlərdə UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku və UEFA Kubokunun final görüşlərinədə ev sahibliyi edib.
Avropa çempionatı - 2000
Tarix Nəticə Mərhələ 13 iyun 2000 0–1 C qrupu 16 iyun 2000 0–3 D qrupu 20 iyun 2000 3–0 A qrupu 25 iyun 2000 6–1 ¼ final 2 iyul 2000 2–1 Final
Xarici keçidlər
Rəsmi sayt Feyenoord Stadionu bələdçisi Hollandomania.ru saytında Worldstadiums.com saytında
Kateqoriya:Niderland stadionları Kateqoriya:Niderland futbol stadionları Kateqoriya:XX əsr memarlığı Kateqoriya:1937-ci ildə yarananlar Kateqoriya:Feyenoord FK Kateqoriya:Rotterdamda futbol