Cəfər xan Zənd () — Zəndlər sülaləsindən, 18 fevral, 1785-ci ildən 23 yanvar 1789-cu ilədək hakimiyyətdə olmuş hökmdar.
Həyatı Tarixçi Xosrov ibn Məhəmməd Bəni Ərdalan yazır: "1201-ci (1786/1787-ci) ildə Ağaməhəmməd xan Astrabaddan çıxış etməyə başlayır, onun xoşbəxtlik ulduzu doğur. Cəfər xan Zənd özünü hökmran elan edib, İsfahanda taxta əyləşir və cəsarət bayrağını ucaldır. Ağaməhəmməd xanın gəlişini eşidib, güc-bəla ilə Farsa qaçır. Ağaməhəmməd xan az zaman ərzində bütün İraqi-Əcəmə yiyələnir. O, Həmədana gəlib, Xosrov xanla görüşmək istəyir. Xosrov xan öz öhdəliyini xatırlayıb, onun atası Məhəmmədhəsən xanın xeyrxahlığını və comərdliyini yadına salıb, hansı ki, yuxarıda qeyd edilmişdi, görüşmək qərarına gəldi".Хусрав ибн Мухаммад Бани Ардалан. Хроника (История курдского княжеского дома Бани Ардалан) / Ответственный редактор Л. Т. Гюзальян. Издание текста, перевод с персидского, введение и примечания Е. И. Васильевой. — М.: "Наука", 1984. — С. 149–150.
1786-cı ildə Ağaməhəmməd xan Qacar özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır. 23 yanvar 1789-cu ildə, orada sui-qəsd qurbanı olur. Sui-qəsdin ilhamvericisi Seyid Murad xan idi.
Həmçinin bax Zəndlər sülaləsi Lütfəli xan Zənd
İstinadlar
Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Zəndlər Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:İran siyasətçiləri Kateqoriya:XVIII əsrdə öldürülən monarxlar Kateqoriya:İmperatorlar Kateqoriya:İran şəxsləri