Tələt Tahir oğlu Məcidov () — Azərbaycan ictimai-siyasi xadimi, iqtisad elmləri namizədi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı (1999–2005), 1-ci dərəcə dövlət müşaviri (2007).

Həyatı Tələt Məcidov 23 may 1945-ci ildə Bakı şəhərində anadan olub.

1 avqust 1968-ci ildən 2 iyul 1970-ci ilə qədər SSRİ Xarici İqtisad Əlaqələr üzrə Dövlət Komitəsində Əlcəzair və Suriyada, 2 aprel 1977-ci ildən 23 dekabr 1980-ci ilə kimi isə İraqda tərcüməçi işləmişdir.

Tələt Məcidov 6 dekabr 1970-ci ildən 29 mart 1977-ci ilə kimi Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda aspirant, laborant, kiçik elmi işçi vəzifələrində çalışıb.

3 yanvar 1981-ci ildən 1 iyul 1983-cü ilə kimi Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda Baş elmi işçi olmuşdur.

Siyasi fəaliyyəti Tələt Məcidov 1 iyul 1983-cü ildən 28 dekabr 1990-cı ilədək Azərbaycan KP MK aparatında təlimatçı, sektor müdiri kimi vəzifələrdə işləmişdir.

14 dekabr 1990-cı ildən 4 mart 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Prezidentin Xarici siyasət məsələlər üzrə müşavirinin xidmətində məsləhətçi, 4 mart 1992-ci ildən 12 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsində Şöbə müdirinin müavini, 12 may 1992-ci ildən 8 iyul 1999-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətində məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.

27 avqust 1999-cu ildən 8 fevral 2005-ci ilə kimi Bakı şəhəri Səbail rayonu İcra hakimiyyəti başçısının aparatında başçı vəzifəndə işləmişdir.

8 fevral 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsində şöbə müdiridir.

Mükafatları 22 may 2015-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Tələt Tahir oğlu Məcidov "Şöhrət" ordeni ilə təltif edilmişdir.

22 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Səbail Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri