Qastino boğazı () — Alyaskanın cənub-şərqində (ABŞ) yerləşir. Boğaz öz adını torpaq sahibi olan (mülkədar, fermer) Con Qastinonun şərəfinə adlandırılmışdır.http://www.ggsalaska.org Gastineau Genealogical Society
Boğazın suları Cuno şəhərini Duqlas adasından (qabarma nəticəsində adaya çevrilir) ayırır. Boğazın uzunluğu 25-30 kilometrdir. Şimal hissədə bir necə kilometr şimal-qərbə və sonra cənub-şərqə istiqamətlənir. Ən dar yerdə eni 200 metrdən azdır. 1980-ci ildən bu hissədən Cuno-Duqlas körpüsü fəaliyyət göstərir.Haugen, Scott; Busch, Dan (November 2003). Flyfisher's Guide to Alaska. Wilderness Adventures Press. pp. 304–. ISBN 978-1-932098-02-0
İri gəmilər boğazın yalnız cənub-şərqındə irəliləyə bilər. Orta ölçülü gəmilər isə yalnız böyük Qabarma və çəkilmə zamanı sərbəst üzə bilirlər. Qayıqlar və katerlər boğazdan istənilən vaxt keçə bilirlər.
Qışda boğaz hec vaxt donmur.Motyka, R.J. (May 2003). "Little Ice Age Subsidence and Post Little Ice Age uplift at Juneau, Alaska, Inferred From Dendrochronology and Geomorphology". Quaternary Research 59 (3): 300–309
İstinadlar
Kateqoriya:ABŞ boğazları Kateqoriya:Şimali Amerika boğazları Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Alyaska boğazları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış boğazlar