200px|thumb|right|Qız qalası yaxınlığında Müqəddəs Varfolomeyi anma mərasimi Müqəddəs Varfolomey kilsəsi — İçərişəhərdə mövcud olmuş, hazırda isə qalıqları qalmış kilsə.
Müqəddəs Varfolomey kilsəsi 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına Həvari Varfolomeyin şəhid edildiyinə inanılan yerdə inşa edilmişdir. Kiçik kapella formalı ortodoks kilsəsinin interyerini Varfolomey və digər müqəddəslərin ikonaları bəzəyirdi.Часовня святого апостола Варфоломея (Баку) , ourbaku.com, İstifadə tarixi:26 iyun 2015 Kilsə memar İ. V. Edelin layihəsi əsasında rus kilsələrinin memarlıq üslubunda inşa edilmişdi. Kilsə Bakının ilk və ən qədim kilsəsinin özülləri üzərində inşa edilmişdi. İnanca görə, Qız qalası yaxınlığında yerləşən bu ərazidə b.e. 71-ci ilində Həvari Varfolomey yerli bütpərəstlər tərəfindən çarmıxa çəkilərək öldürülmüşdür.История одного праздника , Rus Pravoslav Kilsəsi Bakı yeparxiyasının rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015Житие и страдания святого апостола Варфоломея , Церковный научный центр "Православная Энциклопедия", 13 мая 2008, İstifadə tarixi: 26 iyun 2015Проповедь Святого Апостола Варфоломея , Alban-Udin Cəmiyyətinin rəsmi saytı, İstifadə tarixi: 26 iyun 2015 Kilsə 1936-cı ilə kimi fəaliyyətini davam etdirmiş, daha sonra isə dinlə mübarizə kompaniyası çərçivəsində sökülmüşdür. Müasir dövrdə Müqəddəs Varfolomeyin anım günü olan 24 iyun səhəri Bakı yeparxiyası kilsənin qalıqları olan yerdə moleben həyata keçirir.В БАКУ ПОЧТИЛИ ПАМЯТЬ АПОСТОЛА ВАРФОЛОМЕЯ , vesti.az, 27 Июня 2009, İstifadə tarixi: 26 iyun 2015 2003-cü ildə Konstantinopol patriarxı Vorfolomey Müqəddəs Varfolomeyin qalıqlarının bir hissəsini Azərbaycan xristianlarına hədiyyə olaraq Bakıya gətirmişdir və həmin qalıqlar indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saxlanılır.Тамара Гумбатова - ПРАВОСЛАВНЫЕ СЧИТАЮТ СВЯТОГО АПОСТОЛА ВАРФОЛОМЕЯ ПОКРОВИТЕЛЕМ БАКУ , mediaforum.az, 2007-07-02, İstifadə tarixi: 26 iyun 2015 Müqəddəs Varfolomey kilsəsinin qalıqları 2015-ci ildə arxeoloji abidə kimi qeydə alınmışdır.“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”nda qeydə alınan arxeoloji abidələrin sayı 17-ə çatıb, APA, 04 May 2015, İStifadə tarixi:26 iyun 2015
İstinadlar
Həmçinin bax
Albanopolis Müqəddəs Nikolay kilsəsi (Bakı)
Xarici keçidlər Sirlərlə dolu İçərişəhər
Kateqoriya:İçərişəhər Kateqoriya:İohann Edelin əsərləri Kateqoriya:Bakı kilsələri Kateqoriya:Asəf Zeynallı küçəsi (Bakı) Kateqoriya:Azərbaycanda dağıdılmış kilsələr