Miçiqanın yarımadası ( ) — Miçiqan ştatının şimalında, Miçiqan gölü və Huron gölü ilə əhatələnir. Yarımadanın şərqində iki gölü Makinak boğazı birləşdirir.

Miçiqanın Yuxarı yarımadası ştat ərazisinin ¼ hissəsini təşkil etsə də, ümumi əhalisinin 3 % təşkil edir. Əhalinin azlığına səbəb iqliminin sərt olması və qışda dünya ilə əlaqəsinin kəsilməsi ilə əlaqədardır.qapalılıq bölgə əhalisinin psixologiyasınada öz təsirini göstərmişdir

Əsas məşğuliyyat — meşəçilik, faydalı qazıntıların çıxarılması (dəmir, kömür) və turizm.

Turizm Yarımadanın əlçatmazlığı təbiət həvaskarlarını özünə cəlb edir. Burada Ayl-Royal milli parkı vardır. Yarımadanın müəyyən yerlərində Balıq ovu, ovçuluq həyata keçirilir. Qışda isə turistləri dağ xizəyi və itlərlə qarüzərində xizək sürmə kimi daha çox cəlb edir.

Tarix Yarımadanın Viskonsin ştatına yaxınlığına baxmayaraq, Miçiqanın Yuxarı yarımadası Miçiqan ştatının ABŞ-yə birləşməsi zamanı onun tərkibinə daxil idi. Miçiqan bu yarımadaya hüququ Tolid dəhlizinə olan ərazi idiasından imtina etməsi nəticəsində əldə etmişdir (Tolid müharibəsi).

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə yarımadalar Kateqoriya:ABŞ yarımadaları Kateqoriya:Miçiqan coğrafiyası Kateqoriya:Miçiqan regionları