Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dirHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.546. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.88, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.236 qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.

Toponim türk mənşəli təkə etnonimiКононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.74Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.112 əsasında əmələ gəlmişdir.

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 155 nəfər, 1873 - cü ildə 398 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 635 nəfər, 1908-ci ildə 725 nəfər, 1914 - cü ildə 768 nəfər, 1916-cı ildə 587 nəfər, 1919 - cu ildə 428 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 106-107.

1919-1920-ci illərdə buraya Türkiyənin Muş, Xut və Xlat vilayətlərindən ermənilər köçürülümüşdür . İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına, torpaqlarına qayıda bilmişlər.

Burada ermənilərlə yanaşı 1922-ci ildə 179 nəfər, 1926-cı ildə 175 nəfər, 1931-ci ildə 227 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1953 - cü illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.

1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1831- 1931-ci illərdə azərbaycanlılarn yox, ermənilərin yaşadığı göstərilir. Bu, tarixi faktın təhrifidir. Yuxarıdakı statistik faktlar göstərir ki, ermənilər kəndə 1918-ci ildən sonra köçürülmüşdür.

Erməni tədqiqatçılan tarixi təhrif etməklə həqiqəti gizlətmək istəmişlər.

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri