Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.Алияров С.С. К эпической биографии Алп Эрена. "Советская тюркология", 1987, № 6.
Tarixi Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s. 109–111, Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.55 qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdurİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.109–111. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilirErmənistan Sovet Ensiklopediyası, V c., İrəvan, 1976, s.110.
Toponimi 1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır. Dağ isə oradakı "Hacı Xəlil" pirinin adı ilə adlandırılmışdır. Toponim Hacı Xəlil şəxs adı əsasında formalaşmış antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15.VII.1946-cı il fərmanı ilə dəyişdirilib Tsaxkahovid qoyulmuşdur.
Əhalisi Bu kəndin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830-cu illərdə xaricdən köçürülən ermənilər, bu kənddə yerləşdirilmişdir.
İstinadlar
Kateqoriya:Abaran mahalı Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri