Şahzadə Patrik () — ada Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. İnzibati cəhətdən Şimal-Qərb ərazilərinə daxildir. Adada yaşayış yoxdur (2012).
Coğrafiyası left|thumb|300px|Şahzadə Patrik adasının xəritəsi left|thumb|300px| Şahzadə Patrik adasının kosmosdan çəkilmiş şəkili Sahəsi 15 848 km² təşkil edir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 55-ci, Kanadada isə 14-cü yeri tutur. İl boyu qar və buzla örtülü olur və Kanadanın əlçatmaz yerlərindəndir. Ən hündür yeri 227 m, sahil xətdinin uzunluğu 1672 km təşkil edir. Ada seysmik cəhətdən aktiv ərazidə yerləşir.
Tarixi Şahzadə Patrik adası ilk dəfə 1853-ci ildə araşdırılır. Ada general qubernator Şahzadə Artur Vilhelm Partikin şərəfinə adlandırılıb
Adada Mauld Bey (Mould Bay) metroloji stansiyası (H.A.W.S.) 1948-ci ildə Kanada və ABŞ hərbi qüvvələrinin köməyi sayəsində fəaliyyətə başlayır. Stansiyada 10-40 arası insan çalışırdı 1997-ci ildə maliyyə çatışmazlığı səbəbindən fəaliyyəti dayandırılır və avtomatik stasiya ilə əvəzlənir. Tikili hələ də mövcudluğu saxlayır. İstinadlar
Mənbə Şahzadə-Patrik adası
Kateqoriya:Bofort dənizi adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Kanada adaları Kateqoriya:Bofort dənizinin yaşayış olmayan adaları Kateqoriya:Şimal-Qərb ərazilərinin yaşayış olmayan adaları