Berlin Texniki Universiteti () — Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan məşhur ali təhsil ocaqlarından biri.

Tarixi Berlin Texniki Universitetinin yaranma tarixi kral II Fridrixin hakimiyyəti illərinə - XVIII əsrə təsadüf edir.Berlin Texniki Universiteti . ict.az, 19.01.2011 1770-ci ildə Dağ-Metallurgiya Tədris İnstitutunun əsası qoyulur. 4 il sonra İnstitutun adı dəyişdirilərək Dağ Sənayesi Akademiyası olur. Sonradan akademiya və 1799-cu ildə yaradılmış Arxitektura Akademiyası, həmçinin 1821-ci ildə yaradılmış Biznes Akademiyası, 1916-cı ildə kralın fərmanı ilə isə Dağ Sənayesi Akademiyası Berlin Texniki İnstitutunun nəzdinə keçirilir. Universitet 1946-cı ilədək Berlin Ali Texniki Məktəbi adlandırılmışdır. left|thumbnail|Şarlottenburqdakı əsas binanın şimal hissəsi, 1895-ci ilGrüße aus Berlin und Umgebung, Verlag Kunstanstalt W. Sommer, Berlin-Schöneberg 1898 . Sənaye sahələrinin sürətli inkişafı nəticəsində XIX əsrdə ali təhsilli mühəndislərə tələbatın artması Berlin Texniki İnstitutuna böyük ehtiyac yaratmışdır. 1878-ci ildən 1884-cü ilədək institutun əsas korpusları tikilmişdir. 1899-cu ildə alman imperatoru və Prussiya kralı II Vilhelm institut tərəfindən Almaniyada ilk dəfə olaraq elmlər doktoru dərəcəsinin verilməsinə göstəriş vermişdir. thumbnail|Əsas binasının cənub tərəfi İnstitut 20 aprel 1945-ci ildə bağlanmış və 9 aprel 1946-cı ildə Berlin Texniki Universiteti adı altında yenidən fəaliyyətə başlamışdır.

Təhsil Berlin Texniki Universitetində ümumilikdə 30 mindən artıq tələbə təhsil alır. Onlardan 6 mini, yəni 20%-i əcnəbilərdir.

Universitetə qəbul olmaq üçün alman dilinin səviyyəsi yüksək olmalıdır.Berlin Texniki Universiteti (Technische Universitat Berlin) . edu.info.az Dil bilikləri zəif olan tələbələr Universitetin tərkibində alman dili kurslarında hazırlaşırlar.

Digər texniki ali məktəblərdən fərqli olaraq universitet zəngin tədris vəsaitləri təqdim edir. Burada biotexnologiya, mühəndis elmləri, inşaat, iqtisadiyyat, informatika, eləcə də humanitar və sosial elmlər üzrə bakalavr və magistrlər hazırlanır.

Fakültələri Hazırda Berlin Texniki Universitetində təhsil ümumilikdə 7 fakültə üzrə aparılır: Humanitar elmlər; Riyaziyyat və dəqiq elmlər; Elektrotexnika və informatika; Nəqliyyat və maşınqayırma; İqtisadiyyat və menecment; Ekologiya; Sosiologiya.

Kampusu thumbnail|Misirdəki kampusu Berlin Texnoloji Universitetinin ərazisi Berlin şəhərinin müxtəlif yerlərində təqribən 600 000 m² ərazini əhatə edir. Əsas universitet şəhərçiyi Şarlottenburqda yerləşir.

Kitabxanası thumbnail|Kitabxanası Universitetin yeni əsas kitabxanası 2004-cü ildə açılmışdır. Həmin vaxt əvvəlki 17 kitabxana da bu kitabxanaya birləşdirilmişdir.

Xarici əlaqələri Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.Über TU9 . tu9.de

Reytinqi Berlin Texniki Universiteti 2004-cü ilin "Times Higher Education–QS World University Rankings" siyahısında 60-cı yerdə olmuşdur.World University Rankings 2004 . timeshighereducation.co.uk

Məşhur məzunları Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Verner fon Braun — alman-amerikan raket mütəxəssisi, kosmik uçuşların pioneri, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi; Dennis Qabor — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi; Huqo Yunkers — alman təyyarə mühəndisi; Sergey Prokudin-Qorski — fotoqrafiya sənətinin ən önəmli simalarından biri.

Şəkilləri

400px|center|thumbnail|Əsas binası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya universitetləri Kateqoriya:Berlində təhsil Kateqoriya:1770-ci ildə yarananlar