Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.

Haqqında Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir.

Toponimi Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır.Рашид ад-Дин. Переписка. М., 1972.

Mənbə B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.1852. Рашид ад-дин. Переписка. М.1972.

İstinadlar

Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri