Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Tarixi Erməni mənbələrində Sarıyar kimi qeyd edilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20.

Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü iləƏhmədov T. M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.74 "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözününAzərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.479Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.648 birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur.

Əhalisi Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri