"Hollivud" yazısı ( və ya keçmiş adı ilə ) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur.

Tarixi Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur.Hollywood . sputnik.az, 13.07.2015 Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı.

Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir. "Hollywoodland" sözü gecələr elektrik lampaları ilə işıqlandırılır, gündüzlər isə hərfləri 40 km məsafədən görmək olurdu.

"Hollywoodland" reklamı il yarım davam etməli idi. Lakin bu müddət bitdikdən sonra yazını oradan götürən olmadı.

1949-cu ildə yazıdakı son 4 hərf (LAND) götürüldü və o indiki "HOLLYWOOD" şəklini aldı. Bu dövrdə artıq "Hollywood" Los-Ancelesin və bütün əyləncə biznesinin simvoluna çevrilmişdi. thumbnail|Yazının ən bərbad dövrü, 1970-ci illər 1973-cü ildə "Hollywood" yazısı milli tarixi abidə elan olunmuşdur.

Bərpası thumbnail|"Hollivud" yazısının peykdən görünüşü 1970-ci illərin sonlarında yazı bərbad günə düşdü və bəzi hərflər sıradan çıxdılar.

Həmin il, "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin başçılıq etdiyi xeyriyyə fondu yazının əsaslı təmiri üçün vəsait topladı. Nəticədə 1978-ci ilin noyabrında hazırkı variant peyda olmuşdur. Yazıdakı hərflərin hündürlüyü 15 metr, eni isə 12 metrdir. Hər hərfin hazırlanmasına 27,5 min dollar sərf olunmuşdur.

Donorlar Qeyd edək ki, 1978-ci ildə "Hollivud" yazısının bərpası üçün təşkil olunan ictimai kampaniya zamanı aşağıdakı doqquz donorun hər biri 27,777.77 $ (ümumilikdə 250,000 $ təşkil edib) vermişdir: H: Terrensi Donnelli ("Hollywood Independent Newspaper" qəzetinin naşiri) O: Covanni Mazza (İtalyan film prodüseri) L: Les Kelli ("Kelley Blue Book"un yaradıcısı) L: Cin Otri (aktyor) Y: Hyu Hefner ("Playboy" jurnalının təsisçisi) W: Endi Vilyams (müğənni) O: "Warner Bros. Records" O: Alis Kuper (müğənni) D: Dennis Lidtke (biznesmen)

İstinadlar

Xarici keçidlər

Hollywood Sign Virtual Earth – The Hollywood Sign Preview of "Under the Hollywood Sign," a documentary on the history and present-day life of Beachwood Canyon Bay Cal Commercial Painting – Donater of 2005 Restoration (With Short History of the Hollywood Sign)

Kateqoriya:Hollivud Kateqoriya:13 iyulda yarananlar Kateqoriya:1923-cü ildə yarananlar Kateqoriya:Reklam Kateqoriya:Los-Anceles tikililəri Kateqoriya:Kitabələr