Natalya Alianovna "Nataşa" RomanovaWolverine: Origins #16 (Sept. 2007) (), həmçinin "Qara dul" (; ) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Redaktor və hekayəçi Sten Li, ssenari yazarı Don Riko və rəssam Don Hek tərəfindən yaradılmış personaj "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt etmişdir.

Personaj, Rusiya casusu, superqəhrəman Dəmir adamın düşməni kimi təqdim edilmişdir. Sonradan ABŞ-yə köçən Nataşa Romanova uydurma casus təşkiları Q.A.L.X.A.N.-da çalışmağa başlamış və "Qisasçılar" adlı superqəhrəmanlar dəstəsinin üzvü olmuşdur.

Marvel Kinematoqrafiya Kainatına aid olan "Dəmir adam 2" (2010), "Qisasçılar" (2012), "Kapitan Amerika: Qış əsgəri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Kapitan Amerika: Vətəndaş müharibəsi" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019) və "Qara dul" (2020) filmlərində Nataşa Romanova rolunu aktrisa Skarlett Yohansson canlandırmışdır.

Nəşr tarixi thumb|left|170px|Nataşa Romanovanın debüt etdiyi "Tales of Suspense" #52 (aprel, 1964) nəşrinin üz qabığı "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt edən Nataşa Romanova Dəmir adamın düşməni, kostyumsuz Rusiya casusu kimi təqdim olunur. Beş nömrə sonra o, kostyumlu oxatan və gələcək superqəhrəman Şahingözü öz tərəfinə çəkir. Daha sonra Rusiya hökuməti onu ilk Qara dul kostyumu və yüksək texnologiyalı silahlarla təmin edir. Buna baxmayaraq sonradan ABŞ-yə köçən Romanova "The Avengers" #29 (iyul 1966) nəşrində "Qisasçılar" superqəhrəman dəstəsinə qarşı çıxır. Sonradan Romanova dəstənin daimi köməkçisi kimi çıxış etməyə başlayır, illər sonra isə rəsmən "Qisasçılar" dəstəsinin on altıncı üzvü seçilir.

1970-ci ildə Qara dul vizual baxımdan yenilənir: "The Amazing Spider-Man" #86 (iyul 1970) nəşrində, o, qısa qara saçları yerinə çiyinə qədər olan qırmısı kare saçlar, bədənə yapışan parlaq qara kostyum və hörümçək toru buraxan qolbağlarla təsvir edilir. Sonradan personaj əksər hallarda bu dizaynla təsvir edilir.

Qısa müddət sonra "Amazing Adventures" #1–8 (avqust 1970 – sentyabr 1971) nəşrində personaja həsr edilmiş qısa "Qara dul" seriyası təqdim olunur. Həmin seriyada personaj yerini "Qeyri-insanlar" dəstəsinə həsr olunmuş hekayələrlə bölür. Səkkiz nömrədən sonra Qara dul seriyasının nəşri dayandırılır, "Qeyri-insanlar"ın nəşri isə onuncu nömrəyə qədər davam edərək seriyanı tamamlayır.

Fərdi seriyasının tamamlanmasından sonra Qara dul, "Daredevil" seriasının 81–124-cü (noyabr 1971 – avqust 1975) nömrələrində Dəlisovla birlikdə çıxış edir, seriyanın #92–107-ci nəşrləri isə "Daredevil and the Black Widow" adlandırılır. Dəlisov hekayələrinin yazarı olmuş Cerri Konvey həmin dövrü xatırlayaraq deyir: "Dəlisov və Qara dulu bir seriyada birləşdirmək mənim ideyam idi. Mən Nataşanı çox bəyənirdim və düşünürdüm ki, onlar arasında maraqlı münasibət yaratmaq olar." Lakin, personajın sonrakı yazarları Dəlisovun solo şəkildə daha yaxşı çıxış etdiyini düşünərək, tədricən Nataşanı sıradan çıxarırlar. Dərhal bundan sonra Nataşa "Çempionlar" komandasına daxil edilir. On yeddi nömrə davam edən (oktyabr 1975 – yanvar 1978) bu seriyada Nataşa komandanın liderinə çevrilir.

1980–1990-cı illərdə Nataşa Romanova həm "Qisasçılar" dəstəsinin üzvü, həm də Q. A. L. X. A. N. işçisi kimi çıxış edir. Corc Peres və Ralf Makkio tərəfindən yazılmış, Peres tərəfindən qələm işləri görülmüş "Marvel Fanfare" seriyasının #10–13-cü nömrələrində (avqust 1983 – mart 1984) Nataşa Romanova da iştirak edir. Həmin üç hekayə sonradan bir yerdə toplanaraq "Black Widow: Web of Intrigu" #1 (iyun 1999) kimi nəşr edilir.

Həmin dövrdə Qara dul paralel olaraq "Solo Avengers", "Force Works", "Iron Man", "Marvel Team-Up" seriyalarında da istifadə edilir. 1970-ci illərdən sonra Qara dul nadir hallarda "Daredevil" seriyasına qayıdır. thumb|right|170px|Natalya Romanova "Tales of Suspense Vol 1" #52 (aprel, 1964) nəşrində kostyumsuz qəhrəman kimi. Rəssam: Don Hek O, Skott Lobdell tərəfindən yazılmış, Rendi Qrin tərəfindən isə qələm işləri görülmüş "Journey into Mystery" seriyasının #517–519 nömrələrində (fevral–aprel 1998). yayımlanmış "The Fire Next Time" süjet xəttində istifadə olunur.

Hələ də davam edən yeni "Black Widow" komiks seriyası 2010-cu ilin aprelində debüt etmişdir. İlk hekayə tağı Marcori Lyu tərəfindən yazılmış, Daniel Akunya isə illüstrasiyaları işləmişdir. #6 nömrədən (sentyabr 2010) başlayaraq seriya üzərində Dueyn Sverçinski, Manuel Qarsiya və Lorenzo Rucciero çalışmışlar.

Qara dul, 2010–2013-cü illərdə yayımlanmış "Secret Avengers" seriyasının #1 saylı (iyul 2010) nömrəsindən etibarən davamlı personaj olmuş və #37 saylı (mart 2013) final npmrəsinə kimi bütün nəşrlərdə görünmüşdür.

Bundan sonra 2013-cü ildə Nik Spenser və Lyuk Rossun müəllifliyi ilə yazılmış "Secret Avengers" seriasında Qara dul istifadə olunmuşdur. Bundan sonra Qara Dul seriyası Natan Edmondson və Fil Notonun müəllifliyi ilə davam etdirilmişdir. Yenilənmiş seriyanın ilk nömrəsi 2014-cü ilin yanvarında debüt etmişdir.

2015-ci ilin oktyabrında Mark Veyd və Kris Samninin müəllifliyi ilə Marvelin "Secret Wars"dan sonrakı yenilənmələri çərçivəsində 2016-cı ildən etibarən yeni "Black Widow" seriyasının yayımlanacağı bildirilmişdir. Bu seriyanın ilk nömrəsi 2016-cı ilin martında təqdim olunmuşdur.

Limitli seriyalar və xüsusi buraxılışlar 240px|thumb|left|Nataşa Romanova "Captain America Vol 1" #613 nəşrində tam Qara dul kostyumunda. Rəssam Cekson Qis. "Marvel Fanfare" və "Journey into Mystery" hekayə xətləri ilə yanaşı Qara dul dörd limitli seriya və dörd qrafik romanda iştirak etmişdir.

Üç nömrəli "Black Widow" (iyun–avqust 1999) seriyası "Marvel Knights" imprinti altında Romanova tərəfindən başlanılsa da, Nataşanın xələfi Kapitan Yelena Belovanı da təqdim edir və sonradan o, 1999-cu ilin qısa "Qeyri-insanlar" seriyasında rol alır. "The Itsy-Bitsy Spider" hekayə xəttinin hekayəsini Devin Qreyson yazır, illüstrasiyaları isə Ceffri Qlen Cons işləyir. "Marvel Knights" imprintinin növbəti üç nömrəsi də "Black Widow" (yanvar–mart 2001) adlandırılır. Hər iki Qara dulun iştirak etdiyi "Breakdown" adlı hekayə xəttinin müəllifi Devin Qreyson və Qreq Ruçka, illüstrasiyaların müəllifi isə Skott Hemptondur.

Bundan sonra "Marvel Knights" imprinti altında Qara dulun "Black Widow: Homecoming" (noyabr 2004 — aprel 2005) adlı növbəti solo miniseriyası yayımlanır. Bu hekayə xəttində ssenari müəllifi elmi-fantastika yazarı Riçard Morqan, illüstrasiya müəllifləri isə əvvəlcə Bill Sienkieviç, daha sonra isə Qoran Parlov olmuşdur.

Riçard Morqanın hekayə müəllifliyi, Şon Fillipsin illüstrasiyaları ilə hazırlanmış altı nömrəli "Black Widow: The Things They Say About Her" (noyabr 2005 – aprel 2006; rəsmi "Black Widow 2: The Things They Say About Her") seriyasında hadisələr əvvəlki mini seriyanın dayandığı yerdən davam edir və bir çox personajlar təkrarlanır.

Daha sonra personaj "Black Widow: The Coldest War" (aprel 1990) adlı solo qrafik romanda və üç qarışıq qrafik romanda ("Punisher/Black Widow: Spinning Doomsday's Web" (dekabr 1992); "Daredevil/Black Widow: Abattoir" (iyul 1993); və "Fury/Black Widow: Death Duty" (iyun 1995)) rol almış, həmçinin Marvel UK-in Gecə qarğası seriyasında görünmüşdür.

"I Heart Marvel: Marvel Ai" #1 (aprel 2006) daxilində çap edilmiş "Love Is Blindness" qısa hekayəsində Dəlisovla əlaqəsinə görə Qara dul və Elektra arasında qarşıdurma olur. Yaponiya animeləri şəklində stilləşdirilmiş komiksdə personajların nitq və fikirlərini göstərmək üçün adətən olduğu kimi sabun köpüyü boşluqları yox, rəsmlər istifadə edilmişdir.

Personajın yalnız Nataşa Romanova adlandırıldığı 2010-cu ildə o, ilk dəfə "Dəmir adam 2" filmində debut etmiş və iki fərqli qısa hekayədə rol almışdır. "Black Widow and the Marvel Girls" adlı dörd nömrəli hekayə tağında Qara dulun Marvel Kainatından olan Fırtına, Qadın-Halk, Sehrbaz və Hörümçək-qadınla macəraları verilir. Pol Tobin tərəfindən yazılmış bu hekayələr Salvador Espin, Veronika Qandini və Takeşi Miyazavanın rəsmləri ilə müşayiət olunur. Dörd nömrəli "Black Widow: Deadly Origin" adlı ikinci mini seriya isə Pol Kornell tərəfindən yazılmış, Tom Reni və Con Pol Leonun illüstrasiyaları ilə bəzədilmişdir.

Uydurma personaj həyatı

Erkən həyatı 200px|thumb|right|Qara dul, Dəmir adam və Şahin Captain America Vol 5 #32 nəşrinin (2008) üz qabığında Nataşa Romanova Rusiya SFSR-in Stalinqrad (indiki Volqoqrad) şəhərində doğulmuşdur. İlk və ən məşhur Qara dul, əlbəyaxa döyüş ustası kimi yetişdirilmiş, mükəmməl snayper atıcısı və yüksək texnologiyalı silah arsenalı (o cümlədən "Dul dişləməsi" () adı ilə tanınan qolçaqlar) ilə təmin edilmiş rus casusudur. İlk görünmələrində xüsusi kostyumu olmayan Qara dul, kokteyl kostyumu və fata geyinirdi. Bir müddət sonra Qara dul, sonradan oxçu superqəhrəmana çevrilmiş Şahingözün təsiri ilə ABŞ-yə köçür.

Qara dulun uşaqlığı haqqında ilk məlumatlar 1970-ci illərdə "Amazing Adventures" seriyasında personajın sürücüsü və etibar etdiyi şəxs olan İvan Petroviçin dilindən səsləndirilir. Petroviç, Mett Mördoka danışır ki, 1942-ci ilin payızında Stalinqrad döyüşü zamanı vəfat edən qadın azyaşlı Nataşa üzərində himayəçilik hüququnu ona vermişdir. Bundan sonra Petroviç ögey ata kimi Nataşanı böyüdür və o, Sovet casusu olur.Daredevil issue #88 (June 1972) 1941-ci ildə Madripur adasında baş verən hadisələrdə Petroviç Nataşanı nasistlərin əlindən xilas etməkdə Kapitan Amerika və Loqan adlı mutanta (sonradan kanadalı super-agenti və Şimal porsuğu adlı kostyumlu superqəhrəmana çevrilir) kömək edir.The Uncanny X-Men issue #268 (Sept. 1990)

Dəyişdirilmiş mənşə hekayəsində isə Nataşanın yalnız İvan Petroviç tərəfindən tərbiyə edilməsi məlumatı, kiçik yaşlarından qızın tərbiyəsində SSRİ-nin "Black Widow Ops" proqramının da iştirak etməsi ilə dəyişdirilir.Black Widow #1–6 (Nov. 2004–April 2005) Petroviç digər yetim qızlarla birlikdə Nataşanı da X Departamentinə aparır və beyinyuyulmasından sonra "Qırmızı otaq" adlı yerdə onlara döyüş və casusluq sənətləri öyrədilir. Bu zaman biotexnologiyalar və psixotexnologiyalar vasitəsilə Nataşanın fiziologiyası da mükəmməlləşdirilir ki, bu da onun uzunmüddətli cavan həyat yaşamasını təmin edir. Bu dövrdə Nataşa qısa müddət Qış əsgəri ilə birlikdə məşq edir və hətta cütlük arasında romantik münasibət də yaranır.Captain America vol. 5, #27 (Aug. 2007) Sadiqliyin təmin edilməsi üçün Qara dulların hər biri saxta xatirələrlə təmin edilirlər. Romanova bir müddət sonra bunu başa düşür və anlayır ki, heç vaxt bütün ömrü boyu düşündüyü kimi balerina olmamışdır. Həmçinin o, aydınlaşdırır ki, "Qırmızı otaq" "2R" adı ilə hələ də fəaliyyətini davam etdirir.

SSRİ DTX Nataşa Romanova və təcrübəçi-pilot Aleksey Şostakov arasında evlilik təşkil edir. Lakin, Sovet hökuməti Şostakovu təcrübələr nəticəsində Qırmızı mühafizəçi adlı super döyüşçüyə çevirdikdən sonra ona Nataşa ilə hansısa formada əlaqə saxlamağı qadağan edir. Nataşaya həyat yoldaşının vəfat etdiyini deyir, bu müddətdə isə Şostakovu gizli agent kimi yetişdirirlər.

Qisasçılar Döyüşçü qadın kimi yetişdirilən Nataşa Romanovaya ABŞ-yə qaçmış SSRİ alimi professor Anton Vankonu öldürməkdə Boris Turgenyevə kömək etmək göstərişi verilir və bu onun ABŞ-də ilk tapşırığı olur. Plana uyğun olaraq Nataşa və Boris, Vankonun fəaliyyət göstərdiyi "Stark Industries"-ə daxil olurlar.Tales of Suspense Vol 1 #52 Nataşa ABŞ silah istehsalçısı Toni Starkla manipulyasiya etməyə çalşır, həmçinin Starkın qəhrəman alter-eqosu Dəmir adamla mübarizə aparır. Cütlük arasında döyüş zamanı Turgenyev oğurladığı Qırmzı Dinamo kostyumunu geyinir. Dəmir adamı xilas etmək üçün Vanko özünü qurban verir və eksperimental lazer silahı ilə Turgenyevi öldürür.Tales of Suspense #52–53 (Apr. 1964–May 1964) Daha sonra cinayətkar oxçu Şahingözlə görüşən Nataşa, onu Dəmir adama qarşı kökləyirTales of Suspense #57 (Sept. 1964) və sonradan onlar arasında döyüş təşkil edir.Tales of Suspense #60 (Dec. 1964)