Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir.
Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünəASE, III c., s.215 mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir.
Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17, 102-103.
1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər. 1918-20-cı illərdə kəndə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə kənddə 142 nəfər, 1926-cı ildə 148 nəfər, 1931-ci ildə 195 nəfərQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.17, 103, 1987-ci ildə 250 nəfərə yaxın azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri