alt=Əkiz bürclər kitabı|thumb|"Əkiz bürclər" kitabı

Əbül-Hüseyn Əbdürrəhman ibn Ömər əl-Sufi (; ) — məşhur fars astronomu və riyaziyyatçısı.

Bioqrafiyası O, İsfahanda, əmir Ədüd əd-Dövlə hakimiyyəti dövründə yaşamış və astronomiya haqqında olan məqalələri yunan dilindən tərcümə etmişdir (birinci nüvbədə Ptolmeyin əl-Məcisti). Təxmini olaraq 960-cı ildən Şirazda işləyirdi.

Ən məşhur kitablarından biri Sabit ulduzlar () kitabıdır. Kitabda 1017 ulduz və 48 bürc haqqında ətraflı məlumat verilmisdir. Kitabda bürclərin rəngarəng təsviri, eləcə də onların ekliptikal koordinatları haqqındada məlumat var. Öz müşahidələrinə əsaslanaraq o, əvvəlki astronomi məlumatları nəzərdən keçirmişdir (əsasən Ptolmeyin). Sufi astronomiyanın gələcək inkişafına böyük təsir göstərmişdir. Onun elmi əsərlərindən daha sonra əl-Biruni, Əbül-Həsən ibn Yunis, Nəsirəddin Tusi, ispan və səmərqənd astronomları da istifadə etmişdirlər.

Sufi bir çox digər elmi işlərdə yazmışdır. Onlardan bir çoxu XII–XIV əsrlərdə latın dilinə tərcümə edilmişdir:

Astrolyabiya ilə hərəkətlər kitabı. 1760 başlıqdan ibarət geniş elmi iş. Bərabərtərəfli çoxbucaqlılarin düzəldilməsi üzrə traktat.

İrsi və Mirası 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən tərəfində yerləşən kraterə əl-Sufi adını verdi.

İstinadlar

Kateqoriya:İran astronomları Kateqoriya:Astronomik obyekt kəşf edənlər Kateqoriya:Farslar