Kitab əl-Buldan (; ; ) — IX əsr ərəb tarixçisi və coğrafiyyaşünas-səyyahı əl-Yaqubi tərəfindən yazılması təqribən hicri 278-ci (891) və ya 292-ci (905) ildə sona çatdırılmış ümumi coğrafiya əsəri.2. Buch. Die islamische Litteratur in arabischer Sprache. — 1. Abschnit. Die klassische Periode von ca. 750 bis ca. 1000. — 9. Kapitel. Die Geographie, seiten 226. // Geschichte der Arabischen Litteratur von Carl Brockelmann. 1. Band. Weimar: Verlag von Emil Felber, 1898, XII+528 s.Отдѣл первый. — Свѣдѣнiя арабскихь писателей о Кавказѣ, Арменiи и Адербейджанѣ. III. Ибн–Хордадбэ. IV. Кудама. V. Ибн–Рустэ. VI. Ал–Якубiй. — Переводь и примѣчанiя Н. А. Караулова, стр. 55. // Сборникь матеріаловь для описания мѣстностей и племень Кавказа (СМОМПК). Изданіе Управленія Кавказскаго Учебнаго Округа. Выпускь тридцать второй. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ и К. Козловскаго, 1903.Крачковский 1957, с. 151 al-Yaʿkūbī (author Muhammad Qasim Zaman), p. 258. // The Encyclopaedia of Islam. Volume XI: W — Z. Edited by P. J. Bearman, Th. Bianquis, C. E. Bosworth, E. van Donzel and W. P. Heinrichs under the patronage of the International Union Academies. Leiden: Brill, 2002, 575 pages. ISBN 9789004127562Murat Ağarı. Ya'kubi, 2013, s. 287 Abbasilər xilafətinin məmurları üçün nəzərdə tutulmuşdu.Древние авторы о Прикаспийском Дагестане. — 5. Арабские географы и историки, стр. 42. // Страна гуннов у Каспийских ворот. Автор: Людмила Борисовна Гмыря; Редактор: З. Алисултанова; Корректор: Р. Канаева. Махачкала: Дагестанское книжное издательство, 1995, 228 с. ISBN 5297010993
Əlyazmaları Akademik İ. Y. Kraçkovskinin qeydlərinə əsasən əsərin iki əlyazması məlumdur: birincisi Sankt-Peterburq Dövlət Universitetinin professoru A. O. Muxlinski tərəfindən Misirdə aşkarlanmışdır və Münhendə Bavariya Dövlət Kitabxanasında saxlanılır, ikincisi isə alman ərəbşünas F. Kern (1874–1921) tərəfindən aşkarlanmışdır və Berlin Dövlət Kitabxanasında saxlanılır.ал-Йа‘куби. Книга стран (Китаб ал-булдан), 2011, с. 11 Bundan əlavə Qahirədə yerləşən Ərəb Liqasının Ərəb Əlyazmaları İnstitutunda "Kitab əl-Buldan" əlyazmasının mikrofilmi saxlanılır. Mikrofilmdəki əlyazma haqqında məlumatda qeyd edilir ki, əlyazma orijinal əsərin Yusif ibn Abdullah əl-Dirini tərəfindən 1705-ci ildə təqribən noyabr-dekabr ayları aralığında (hicri 1117-ci ilin şaban ayı) üzü köçürülmüş nüsxəsidir və 72 vərəqdən ibarətdir.Aziz S. Atiya Library for Middle East Studies Arabic Manuscript Microfilm Collection from League of Arab States Institute of Arabic Manuscripts, Cairo, Egypt. Prepared by: Muthana Maktouf, University of Utah. Muxlinskinin aşkarladığı əlyazma daha yaxşı öyrənilmişdir. Həmin əlyazma 1262-ci ildə Əli ibn Əbu Məhəmməd əl-Kindi əl-Ənməti tərəfindən istinsah edilmişdir.VIII. Аль–Якуби (891–892). — Объясненiя, с. 66–67. // Сказанiя мусульманских писателей о Славянахъ и Русскихъ (съ половины VII вѣка до конца X вѣка по Р. X.). Собралъ, перевелъ и объяснилъ А. Я. Гаркави. Санктпетербургь: Типография Императорской Академiи Наукь, 1870, IX+308 с.
Elmi-tənqidi mətnləri 1860-cı ildə holland əsilli ərəbşünas Maykl Yan dö Xuye (1836–1909) əsərin ərəbcə mətninin əl-Məğrib başlığının böyük bir qismini latınca tərcümə və qeydlərlə Leydendə nəşr etdirdi.Bax: Specimen e literis orientalibus, exhibens descriptionem al-Magribi, sumtum e libro regionum al-Jaqubii (1860) 1861-ci ildə isə başqa bir holland tədqiqatçı, ərəbşünas Teodor Villem Yohannes Yeynbol (1802–1861) mətnin tamamınıBax: Specimen e literis orienlibus exhibens Kitābo’l-boldān (1861) ərəb dilində, kitabın adı və girişi latın dilində olmaqla Leyden şəhərində nəşr etdirdi.Крачковский 1957, с. 153 ал-Йа‘куби. Книга стран (Китаб ал-булдан), с. 12 Maykl Yan dö Xuye 1892-ci ildə əsərin tam mətnini orijinal dilində yenidən nəşr etdirdi.Bax bu kitabın 231–360-cı səhifələri: Bibliotheca geographorum arabicorum. Pars 7 (1892) Yaʿqūbī (author Peter Giles), page 904. // The Encyclopaedia Britannica: a dictionary of arts, sciences, literature and general information. Eleventh edition. Volume XXVIII: Vetch to Zimotic diseases. Cambridge: at the University Press, 1911, 1064 pages. Kitabın adını və giriş qismini latın dilində təqdim edən M. Y. Xuye əhatəli sətiraltı qeydlər verə bilmək üçün orta əsrlərin digər ərəb müəlliflərinin əsərlərindən istifadə etmişdir.
Tərcümələri Maykl Yan dö Xuyenin nəşrindən istifadə edən rus şərqşünas Nikolay Aleksandroviç Karaulov "Kitab əl-Buldan"ın Qafqaza, Ərəməniyyəyə və Azərbaycana aid hissələrini rus dilinə tərcümə etdi və bu tərcümə "Qafqazın yerlərinin və tayfalarının təsviri üçün materiallar toplusu" məcmuəsinin 1903-cü ildə işıq üzü görən 32-ci buraxılışında nəşr edildi. Bəzi hissələri istisna olmaqla əsərin tam mətni XIX yüzildə Avropa dillərindən heç birinə tərcümə edilməmişdi. Yalnız 1937-ci ildə Qahirədə əsərin Qastn Vayt tərəfindən fransız dilinə tərcümə edilmiş tam mətni nəşr edildi.Bax: Ya'kubi. — Les Pays , traduit par Gaston Wiét (Publ. de l'Inst. fr. d'archéol. or. Textes et traductions d'auteurs orientaux, tome 1). Un vol. in-8° de xxxi et 291 pages. Le Caire: Institut Français d'Archéologie Orientale du Caire, 1937. XIX və XX əsrlərdə əsərin ayrı-ayrı hissələri rus dilinə tərcümə edilsə də tam mətn halında tərcüməsi və nəşri gerçəkləşməmişdi. Tarixi-Yaqubidən Qafqaz və Azərbaycanla bağlı hissələr Panteleymon Juze tərəfindən rus dilinə tərcümə edilərək 1927-ci ildə Bakıda nəşr edilsə də "Kitab əl-Buldan"da olan məlumatlar tərcümə edilməmişdi.Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005 Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, 2005 Bax: Я'куби. История. Текст и перевод П. К. Жузе. // Известия общества обследования и изучения Азербайджана. Материалы по истории Азербайджана, Выпуск IV. — Баку, 1927. Əsər Murat Ağarı tərəfindən türk dilinə tərcümə edildi və 2002-ci ildə İstanbulda nəşr etdirildi.Bax: Ya'kubi. Ülkeler kitabı (2002) "Kitab əl-Buldan"da Qafqaza aid hissələr 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru Elmira ƏlizadəElmira Elmar qızı Əlizadə. Ətraflı bax: AMEA–nın rəsmi saytında Şərqşünaslıq İnstitutunun fəlsəfə doktorları haqqında. tərəfindən azərbaycan dilinə tərcümə edildi.. Əsərin rus dilinə tam tərcüməsi isə ilk dəfə olaraq L. A. Semyonova tərəfindən gerçəkləşdirildi və bu tərcümə 2011-ci ildə Moskvada işıq üzü gördü. L. A. Semyonova rus dilinə tərcüməni orijinal mətnin Maykl Yan de Xuye tərəfindən 1892-ci ildə gerçəkləşdirilmiş nəşrindən etmişdir.
Qeydlər
İstinadlar
Mənbə Отдѣл первый. — Свѣдѣнiя арабскихь писателей о Кавказѣ, Арменiи и Адербейджанѣ. III. Ибн–Хордадбэ. IV. Кудама. V. Ибн–Рустэ. VI. Ал–Якубiй. — Переводь и примѣчанiя Н. А. Караулова, стр. 55–63. // Сборникь матеріаловь для описания мѣстностей и племень Кавказа (СМОМПК). Изданіе Управленія Кавказскаго Учебнаго Округа. Выпускь тридцать второй. Тифлись: Типографія Канцеляріи Главноначальствующаго гражданскою частію на Кавказѣ и К. Козловскаго, 1903. Крачковский И. Ю. Избранные сочинения. Том IV. Редактор IV тома: Г. В. Церетели. Москва–Ленинград: Издательство Академии наук СССР, 1957, с. 151–154. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. Ərəbcədən tərcümə edən, ön söz, qeyd və şərhlərin müəllifləri: Z. Bünyadov, C. İsgəndərli, H. Əkbərov, S. Süleymanova, E. Ağayeva. Bakı: "Nurlan" NPM, 2005, 336 s. ал-Йа‘куби. Книга стран (Китаб ал-булдан). Вступительная статья, перевод, комментарии и указатели: Л. А. Семеновой. Москва: Издательская фирма "Восточная литература", 2011, 363 с. ISBN 9785020184688 Murat Ağarı. Ya'kubi // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cilt LXVIII. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 2013, s. 287–288.
Xarici keçidlər . . .
Kateqoriya:Ərəb dilində kitablar Kateqoriya:IX əsrin ərəb dilində kitabları